Qoç - çətin situasiyada özünüzü itirməyin, sizinlə təmaslarda həvəssiz danışan insanlarla ümumi dil tapın. Bu günün hadisələri həyatınızda dəyişikliklərə səbəb ola bilər.
Olaylara düzgün reaksiya versəniz, irəliləyiş istisna deyil.
İşgüzar danışıqlarda ehtiyatlı olun. Əldə edilmiş razılıq və ya sövdələşmənin dəyərini olduğundan artıq saymayın.
Şərtlərə yenidən baxılacağı şübhəsizdir.
Sənədlər və maddi dəyər daşıyan əşyalarla iş zamanı ehtiyatlı olun. Səhv riski böyükdür.
Şəxsi həyatda əhəmiyyətli dəyişikliklər baş verməsə də, durum sizi məmnun etməlidir.
Buğa - bu gün sizi xoş görüşlər və faydalı tanışlıqlar gözləyir. İşgüzar sahədə uğur əldə edəcək, yeni gəlir mənbəyi tapacaq və ya nüfuzlu insanla tanış olacaqsınız.
Qətiyyətli olun. Bir qədər nəfəs dərin, əks təqdirdə çox yorula biərsiniz.
Dünyagörüşün artamsına rəvac verəcək əməllər üçün uğurlu gündür.
Günün ikinci yarısında romantik tanışlıq, uzun müddət unuda bilməyəcəyiniz görüş istisna deyil.
Yardım üçün dostlara müraciət edin.
Onların dəstəyinə ehtiyacınız var.
Əkizlər - gün yeni imkanlar yaradır. İşlər çoxdur, aktiv çalışın. Səyləriniz əbəs olmayacaq. Gələcək qələbələrin təməli indi qoyulur. Qətiyyət, əzm və məqsədyönlü çalışma yetərli sonuclar verəcək.
Uğurlarınızla fəxr edə bilərsiniz.
Şəxsi həyatınızda müsbət dəyişikliklərin sayı çox olmayacaq. Buna rəğmən, təşəbbüskar olun. Vəziyyəti kökündən də olmasa, əhəmiyyətli dərəcədə dəyişə bilərsiniz.
Əks cins mənsubu ilə təmaslarda səmimi və gülərüz olun.
Xərçəng - asan olmayan gündür. Ünsiyyətdə problemlər yarana bilər. İnandığınız insanlarlarla mümkün qədər çox vaxt keçirməyiniz məsləhətdir. Günün ortalarında narahatlıq yarada biləcək xəbər ala bilərsiniz.
İşdə rəhbərliklə münaqişə və ya mübahisə istisna deyil.
Rəhbərlik işinizdən narazıdır.
Bütün neqativ emosiyaları işdə qoyub evə yollanmasanız, ailə üzvlərinizlə münasibətlərdə böhran yarana bilər. Evdə xoşladığınız işlə məşğul olun.
Ahəstə gəzinti, təmiz havada istirahət üçün yaxşı gündür.
Şir - çətin vəziyyətə düşəndə etibar etdiyiniz insandan yardım istəməkdən çəkinməyin. Nüfuzlu insandan dəstək almaq olar.
Məsləhətlərə qulan asın. Köhnə dostların dediklərini dinləyin. İstənilən, hətta ən trivial məsələnin həllinə yaradıcı yanaşın. Belədə əla nəticələrə nail ola bilərsiniz.
Hüquqi məsələlərin həlli, dövlət qurumlarının nümayəndələri ilə görüş və problemlərin çözümü üçün əlverişli vaxtdır.
Günün ikinci yarısı gərgin olacaq. Ailə problemlərini həll edin, yaranmış müşkülü aradan qaldırın.
Ev işləri bütünlüklə sizin çiyninizdədir.
Qız - iş üçün çox əlverişli gündür. Gəlirləriniz və maliyyə imkanlarınız artacaq. Bunun üçün əlahiddə səylərə ehtiyac qalmayacaq. Aktual problemlərin həllini dərhal tapmaq olmur.
Amma bir qədər düşünəndən sonra nəyi necə etməyin yolunu tapacaqsınız. Bu gün alacağınız işgüzar təklifdən imtina etməməyiniz məsləhətdir. Təklif diqqətə layiqdir.
Ətrafınızdakı insanlarla münasibətlərdə problem yarana bilər. Axşam saatlarında qohumlardan biri ilə münaqişə etməməyə çalışın.
Yaxınlarınızı sərt mühakimə etməyin. Axı onların da nöqsanları, zəiflikləri var. Rəhmli, müdrik olun.
Tərəzi - yaşam arealınıza diqqətlə baxın. Söhbət evdən gedir. Təmirə ehtiyacı olan məkanı nə zamanadək belə saxlamaq fikriniz var?
Bu işləri sizin əvəzinizə kimsə görən deyil. Aktiv olun, qətiyyətli davranın, bədgümanlıq etməyin.
Əlahiddə səylər göstərmədən yaxşı nəticələr əldə edə bilərsiniz.
Faydalı tanışlıqlarla bağlı müəyyən çətinliklər yarana bilər. İşgüzar görüşlər pis keçmir. Mövqeyinizdən geri çəkilməyin.
Qarşı tərəf sözlərinizi dürüst sayacaq.
Şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər.
Sevdiyiniz insan sizi anlayacaq, dəstək olacaq, yardım edəcək.
Əqrəb - yaşamın darıxdırıcı olmasına şikayətlənməyə haqqınız yoxdur. Bu gün çox maraqlı hadisələr yaşanır. Təbii, olayların hamısı uğurlu və sayalı deyil.
Amma cərəyan edənlərdə pozitiv anlar tapın. İşdə qəfil dəyişikliklər istisna deyil. İşlə bağlı maraqlı təklif ala bilərsiniz.
Şəxsi həyatınızla bağlı qərar qəbul edəndə tələsməyin. Bir qədər gözləyin, olaylar məcrasını mütləq şəkildə tapacaq.
Axşam saatlarında alış-verişə çıxmaq istəyiniz olarsa, maddi imkanlarınızı yaxşı dəyərləndirin.
Normal istirahəti yarımçıq işə qurban verməyin.
Oxatan - qətiyyətli, sürətli, aktiv olun. Mühüm məsələ ilə bağlı ildırım sürətli qərar qəbul etmək olar. Hadisələrin inkişaf etdiyi məcradan asılı olmayaraq təmkinli olun, səbrli davranın.
Bütün sədləri aşdığınızı düşünsəniz belə, rahatlanmayın. Qəfil hadisə ən önəmli və mühüm vaxtda planlarınızı alt-üst edə bilər.
Romantik görüş üçün əlverişli vaxt deyil. Sevdiyiniz insanla ünsiyyət sizə gözlədiyinizdən az zövq verəcək.
Uzunmüddətli gəzintiyə çıxmayın.
Yorğunluq və xoşagəlməz hadisə riski var.
Oğlaq - ən cəsarətli planı belə, reallaşdırmaq üçün əlverişli və uğurlu gündür. Yaxşı gəlir əldə etmək, peşəkar mövqeləri möhkəmləndirmək imkanları var. Məsrəflərə hazır olun. Alış-verişdə simiclik etməyin.
Mühüm işə hazırlıqsız başlamayın.
Qohumlardan birinin maliyyə yardımı və ya borca ehtiyacı var.
Ailə üzvləri və ya yaxınlarınızdan birinə verdiyiniz vədə əməl edin. Sözünüzün ağası olmasanız, xoşagəlməz vəziyyət yarana bilər.
Anlaşılmazlığı tezliklə aradan qaldırın.
Dolça - sərfəli və gəlirli təklif ala bilərsiniz. Tələsməyin. Detalları müzakirə edin, əməkdaşlıq və ya tərəfdaşlığın müxtəlif aspektlərini nəzərdən keçirin.
Tanış, şərik və ya dostunuz qəti qərar qəbul etməkdə astagəlliyə yol verə bilər. Narahat olmayın. Situasiya tezliklə həllini tapacaq.
Dostlarla ünsiyyət xoş olacaq. Romantik görüşün sonucları sizdə təəssüf hissi yaradacaq. Yaşlı qohumlardan biri ilə mübahisə istisna deyil.
Lakin səbr və qarşılıqlı sayğı münasibətlərə harmoniya ilə sayğını qaytarmağa yardım edəcək.
Balıqlar - uğurlu gündür. İşgüzar sahədə əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. Gəlirlərin artması da istisna deyil.
Yeni, faydalı nə isə öyrənərək əldə edilmiş bilikləri dərhal tətbiq edə bilərsiniz. Faydalı tanışlıq olacaq. Karyera sahəsində irəliləməyə yardım edəcək şəxslə qarşılaşacaqsınız.
Ətrafınızdakı insanlarla münasibətlər günün ilk yarısında rəvan və harmonik olacaq, amma günün ikinci yarısında korlanacaq. Qohumlardan biri ilə münaqişə istisna deyil.
Xoşagəlməz təmasların təsirini minimuma endirmək üçün təmkinli olun. Təxribatlara uymayın.
Milli.Az