"Azərbaycanfilm" kinostudiyasının 90 illik yubileyinə həsr edilmiş fotosərgi keçiriləcək
19.7.2013

İyulun 26-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə "Azərbaycanfilm" kinostudiyasının 90 illik yubileyinə həsr edilmiş fotosərgi keçiriləcək.
Dövlət Film Fondundan verilən məlumata görə, sərgidə fotoqraf-rəssam, əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin fotoarxivində qorunan fotolardan istifadə olunacaq.

APA