20 yaşlı Çin sakini kitabları dodaqları və dili ilə oxuyur.
Çanq Te Kvan deyir ki, barmaqları kitab oxumaq üçün çox da hissiyyatlı olmadığı üçün o dilindən istifadə edir.
Çanq deyir ki, yad adamların qarşısında kitab oxuyanda çox utanır və özünü pis hiss edir.
Ətrafdakılar isə onu qəribə bilirlər. Lakin tələbə bütün bunlara baxmayaraq müvəffəqiyyət əldə edir. O, imtahanlarda qrup yoldaşlarından çox daha uğurludur. Şimali Karolina universitetinin professoru Diana Vormsl isə deyir ki, belə insanlar var, lakin bu olduqca nadir haldır.
publika.az