Azərbaycanda ilk dəfə
19.7.2013

Azərbaycanda ilk dəfə olaraq açıq hava altında yeni nəsil kinoteatrı Park Cinema şəbəkəsi tərəfindən təqdim olunacaq.

Yeni kinoteatr Amburan Beach Club-da yerləşir və həftənin sonunda kinoteatrın açılış mərasimi məhz bu ünvanda keçiriləcək. Möhtəşəm açılış mərasiminə giriş dəvətnamə ilə olacaq. Açılış mərasimindən sonra yeni kinoteatr bütün arzu edənlərin istifadəsinə veriləcək.

Yay kinoteatrında kinohəvəskarlara hər gün iki seans təqdim olunacaq və tamaşaçılar premyeraları həmçinin 3D formatında da izləyə biləcəklər.

Məlumdur ki, yeni mədəniyyət ocağı ən müasir avadanlıqla təchiz olunub. Kinoteatrın qiymət siyasəti dəyişilməz olaraq qalır. 200-dən çox oturacaqdan ibarət kinoteatrda VİP yerlər də mövcuddur.

Bir sözlə, kinosevərlər ən yeni filmləri bundan sonra əsl yay atmosferinə uyğun şəraitdə baxmaq imkanı qazanacaq.

Cədvəli və əlavə məlumatı www/parkcinema.az saytından əldə etmək olar.

publika.az