Boksçularımız Ukraynada 4 medal qazandı
19.7.2013

Ukraynanın Mariopol şəhərində Makar Mazayın xatirəsinə həsr olunmuş sayca 47-ci turnirə yekun vurulub.

“İliçevets” İdman Sarayında keçirilən yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar.

Komandamz Ukraynadan 1 gümüş və 3 bürünc medalla dönüb. 64 kq çəki dərəcəsində mübarizə aparan Kamran Baxşəliyev finala kimi irəliləsə də, həlledici döyüşdə yerli idmançı Aleksandr Qreçixə uduzaraq, 2-ci yerə layiq görülüb. Əbdürrəhman Şirinov (52 kq), Fərid Ağamoğlanov (56 kq) və Ariz İbrahimov (60 kq) bürünc medalla kifayətləniblər.

publika.az