Qoç - günün ilk yarısını cari işlərə, rutin prosedurların yerinə yetirilməsinə həsr edin.
Xeyli sayda kiçik, amma faydalı işləri yerinə yetirmək olar. Qaydasız məqamları nizamlayın, alınan məlumatları təhlil edin.
Yaxın ətrafınızdakı insanlar arasında münasibətlər kəskinləşə bilər. Ciddi münaqişənin yaranmaması üçün sərt qərar verməyə hazırlaşan tərəfi sakitləşdirməyə çalışın.
Günün ilk yarısında ciddi səhvlərə yol verməsəniz, ikinci yarıda çətinliklərlə qarşılaşmayacaqsınız.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Açıq havada gəzişin, dincəlin. Faydalı işlə məşğul olun.
Ehtiyac yaranarasa, tərəfdaşla danışıqlar aparmaq, yeni sifariş və ya təklifin şərtlərini müzakirə etmək olar.
Buğa - tələsməyin, hadisələrə süni təkan verməyin. Ehtiyac duyulan yerə gecikməyin, yardım istəklərini eşidin. Məsləhət və əməldə səlis davranın.
Həmfikirləriniz və ətrafınızdakı insanlardan bəziləri ilə davranışda aqressiv olmayın.
Ciddi işi tamamlamaq üçün etibar etdiyiniz şəxsi də fəaliyyətə cəlb edin.
Perspektivlərlə bağlı danışaraq razılığa gəlmək üçün uğurlu gündür.
Bilik, bacarıq, imkanlarınızı nümayiş etdirin, formalaşan şanslardan yararlanın.
Emosiyalar və hisslər burulğanında qərq olmayın.
Sevdiyiniz insanın qəlbinə dəyməyin, dəyər verdiyiniz şəxslərlə münasibətlərdə həssas olun.
Əkizlər - parlaq təəssüratlar vəd edən gündür. Xəyallara və illüziyalara qapılmayın, real aləmi fentezi ünsürlərlə səhv salmayın.
Kiçik işlərə əhəmiyyətsiz yanaşmayın, ideyaların ən gerçək təsir bağışlayanını reallaşdırmağa çalışın. Resurs və potensialınızı mənasız işlərə xərcləməyin.
Yeni işlərə başlamayın. Ünsiyyət, romantik görüşlər üçün əlverişli gün deyil.
Günün ilk yarısı gərgin keçsə də, ikinci yarıda situasiya bir qədər rahatlaşacaq.
Axşam saatlarında istirahət edin.
Xərçəng - işlərdə və hisslərdə qayda yaradın. Ehtiyatlı davranın, emosiyalara uymayın. Gərəkli saydığınız işlərdə irəliləməyə nail olmaq üçün qətiyyətli davranın.
İstənilən işdə əhəmiyyətli addım atmaq üçün əvvəlcədən düşünməyə və təhlilə ehtiyac var. Ümumi işlər və gələcəklə bağlı planlarınızın olduğu insanlarla görüşmək, danışıqlar aparmaq olar.
Səhhətinizin qeydinə qalın.
Perspektiv planları nəzərdən keçirin.
Şəxsi münasibətlərdə uzaqgörən olun. Bəzən susmaqda fayda var.
Situasiyanın gərginləşməsinə imkan verməmək üçün aqressiv olmayın. Əsəb və qüvvələrinizi qoruyun.
Şir - hisslər yenilənir, təəssüratlar yaranır. Formalaşmış münasibətlərdə mühüm yeniliklər və dəyişikliklər baş verə bilər. Köhnə səhvləri təkrarlamayın.
Bir qədər əvvəl həyata keçirə bilmədiyiniz məsələdə uğur əldə etmək şansı var.
Borcları qaytarmaq, yarımçıq işləri başa vurmaq, işgüzar və şəxsi münasibətlərdəki situasiyanı nəzərdən keçirmək üçün yaxşı zamandır.
Rəqibləri üstələmək üçün ikinci dərəcəli, mənasız və önəmsiz məsələlərdən qurtulun, ən mühüm işi seçin, dürüst istiqaməti bəlirləyin.
Alış-verişdə bədxərclik etməyin.
Hədiyyə ala bilərsiniz.
Yerinə yetirmək fikrində olduğunuz işi təxirə salmayın. Tələsin, şansdan yararlanın.
Qız - ətrafınızda baş verən, sizi özlərinə cəlb edən proseslərlə bağlı düşünülməmiş qərar verməyin. Ehtiyatlı olun. Reaksiyanız ləng olmasın. Hisslər, rəğbət və nifrəti qulaqardına vurmaq, görməməzdən gəlmək mümkün deyil.
Emosiyalar işinizə, planlarınıza, məqsədlərinizə və ideyalarınıza əhəmiyyətli təsir etməməlidir.
Yeni sifariş ala bilərsiniz. Tələsməyin, bütün variantları düşünün. Həyat yeniliklər tələb edir, enerji təzələnir.
Baş verənlərdə ədalət aramayın. Nə iləsə vidalaşmaq gərəkdir. Həmin nəsnənin əvəzinə indiki mərhələdə sizə daha maraqlı və sərfəli təsir bağışlayan ünsürü əldə edə bilərsiniz.
Şərtlər əlverişlidirsə, axşam saatlarına yaxın yeni layihəni reallaşdırmağa başlaya bilərsiniz.
Tərəzi - yığılmış iddialar və narazılıqlar bu gün "partlayış"a səbəb ola bilər. İlkin olaraq səmimi və gülərüz qalmağa qərar versəniz də, ünsiyyətdə belə davranmaq asan olmayacaq.
İşinizi ləngitmələr və təxirəsalmalar olmadan görün. Öhdəlikləri yerinə yetirin, vədləri unutmayın. Yeni işə başlamayın.
Susun. Qoy, başqaları danışsın, cari situasiya ilə bağlı düşündüklərini desinlər. Əks reaksiya, cavab sözlər və etiraflarda tələskənliyə yol verməyin.
Dəyişikliklər yeni imkanlar yarada bilər.
Həmin novasiyalar üçün bir qədər sonra taleyinizə minnətdar olacaqsınız. Amma indi hövsələsiz olmayın, heç nəyi dəyişməyin.
Səhhətinizin qeydinə qalın.
Fiziki işdə fayda var. Axşam saatlarında istirahət edin.
Əqrəb - malik olduğunuza dəyər verin. Qayıtmağa yer, can atmağa məqsəd var. Ciddi və konstruktiv ideyalar inkişaf şanslarına malikdir.
Əsas məsələ sonradan geriyə dönüş imkanlarını bilmərrə puça çevirəcək, sizi təəssüf hiss keçirməyə vadar edəcək addımlar atmayın, qərar verməyin. Maddi maraqlarınızı aktivləşdirin.
Günün ikinci yarısında kimdənsə asılılıqdan qurtulmaq, azad olmaq istəyi yarana bilər. Təmkinli, sakit, təvazökar olun. Əks təqdirdə problemlərdən qurtula bilməyəcəksiniz.
Uğurlarınızın bilavasitə asılı olduğu sahədə reallıq hissini itirməyin.
Səhhətinizə fikir verin, fiziki təmrinlə məşğul olun.
Axşam saatlarında açıq havada gəzinti üçün vaxt tapın.
Oxatan - problemlərin bir qismindən qurtulacaqsınız. Situasiyanın məngənəsi bir qədər yumşalacaq və istədiyiniz kimi hərəkət edə biləcəksiniz.
İrəliyə doğru hərəkətinizə mane olan, sürəti azaldan məqamlar. Ətrafınızdakı insanların bəziləri hisslər və emosiyalar yükünün bir qismini sizə "bağışlamaq" istəyirlər.
Şəxsi münasibətlərdə istəkləriniz və maraqlarınızla bağlı inadkar olun, geri çəkilməyin. Tərəfdaşınız da inadkarlıq edəcək.
Yaxın bildiyiniz insanları ümumi məqsəd üçün çalışmağa razı sala bilsəniz, daha ciddi uğurlara nail ola bilərsiniz.
Yaranmaqda olan imkanları izləyin. Bu yaxınlarda yeniliklər tətbiq etməyə hazırlaşın.
İstirahət edin, fiziki tonusun qayğısına qalın.
Oğlaq - ayın ən yaxşı günlərindən biridir. Şəxsi münasibətlər, yaradıcılıq, ünsiyyət, səfər və aktiv mövqe tələb edən tədbirlər üçün uğurlu vaxt sayıla bilər.
Uzaqda təmaslar və əlaqələr varsa, onlar sınağa məruz qalacaq. Ümid edərək bel bağladığınız adamlardan biri sizi təəssüfləndirə bilər.
Planları nəzərdən keçirin, işlək olmayanlardan qurtulun.
Gərəksiz əşyalar və hissləri saxlamayın. Evdə və iş yerində qayda yaradın.
Emosional gərginlik axşam saatlarına qədər davam edəcək.
İstirahət variantlarını düşünə bilərsiniz.
Dolça - enerji tonusunuza fikir verin. Təhlükəli gərginlik və ya işlərin ağırlaşması ilə bağıl siqnalları qulaqardına vurmayın.
Xroniki problem çətinləşən kimi həmin istiqamətdə səylərə ara verin. Problemi gücləndirə biləcək addımlar atmayın.
Cari işlərdə sayıq olun. Təzyiq, mübahisə, fəaliyyət obyektinin dəyişdirilməsi üçün əlverişli gün deyil. İşinizdə çətinlik varsa, müşkülün səbəblərini dəqiqləşdirin.
Ev işləri ilə məşğul olun. Təmizləmə, nizamlama, qaydaya salma əməliyyatlarına ehtiyac var. Bu minvalla daxili gərginlikdən qurtula bilərsiniz.
İşgüzar və şəxsi münasibətlərdə uğurlu gündür. Qəfil gərginləşmə sizi bir qədər sərbəst edir.
Yeni imkanlardan dərhal yararlanmağa səy göstərməyin.
Balıqlar - pis gün deyil. Münasibətlərinizə yeni məna verin, tərəfdaşlarla planı müzakirə edin, uğurlara can atın. İşlərinizə və bacarığınıza tələbat var. Sərfəli təklif ala bilərsiniz.
Problemləri həll etmək mümkündür. Nikbin olun, ruhdan düşməyin. Çətinliklərin qarşısında geri çəkilməyin.
Etibar etdiyiniz insanlarla birlikdə çalışsanız, gəlir əldə edə bilərsiniz. Kiminlə çalışmağınız və hansı əlavə imkanları aramağınızdan uğurun yarısı asılıdır.
Sürət uğurun ikinci yarısıdır.
İşləri yarımçıq qoymayın. Qərarlar və əməllərdə qətiyyətli olun.
Milli.Az