Çin 850 milyon dollara səmada şəhər tikəcək
22.7.2013

Çində dünyanın ən hündür göydələni tikiləcək.

Sky City adlanacaq göydələnin hündürlüyü 838 metr olacaq. Göydələn Xunan əyalətinin Çanşa şəhərində yerləşəcək. Binanın 1.05 milyon kvadrat metr olacağı və 2014-cü ildə başa çatacağı gözlənilir. Tikintinin qiyməti isə 850 milyon dollar olacaq. Bu bina hazırda dünyanın ən hündür göydələni olan Dubaydakı “Bürc Xəlifə”ni keçir. Binanın 208 mərtəbəsində ofislər, yaşayış evləri, otel nömrələri, məktəb, xəstəxana, mağazalar, restoranlar və idman zalları olacaq. Tikinti ilə isə Broad Sustainable Building şirkəti məşğul olacaq.

publika.az