Bakıda Avropanın ən iri əyləncə mərkəzi açılacaq
21.12.2011

Azərbaycanın tikinti sektorunun liderlərindən biri olan «Yeni Həyat» şirkəti Bakıda inşa olunan və Avropa regionunda analoqu olmayan qapalı ailəvi əyləncə mərkəzinin təqdimatını keçirib.
Avropanın ən böyük qapalı ailə əyləncə mərkəzi Bakının mərkəzində inşa olunan multifunksional «Yeni Həyat» kompleksində yerləşir və artıq 2012-ci ilin mart ayında istifadəyə veriləcək. Ümumi sahəsi 10 539 kv. metr olan və «Megafun» adlanacaq əyləncə mərkəzində 169 oyun aparatı, 13 simulyator, 17 attraksion, 7 kinoteatr, 1 buz meydançası (150 kv. metr) və Azərbaycanda ilk dəfə 16 xətli boulinq zalı yer alacaq. Tərkibində mənzillərin, ofislərin, spa və fitnes mərkəzlərinin, uşaq bağçasının, gözəllik salonunun, tibb bərpa mərkəzinin, hotelin, mağazaların və restoranların yer aldığı bütöv bir kompleksin olması, bura gələn müştərilər üçün bütün günün rahat bir şəkildə keçirilməsinə imkan verəcək.