Orucun həzm sisteminə təsiri: Ağız, tüpürcək vəzləri, dil udlaq, yemək borusu, mədə 12 barmaq bağırsaq, qaraciyər, mədəaltı vəzi kimi mühüm orqanlardan təşkil olunmuş həzm sistemi bir kompüter kimi işləməkdədir. Avtomatik surətdə idarə edilən bu sistem gündə 24 saat işləməkdən, çox halda əsəbiləşmənin və səhv qidalanmanın nəticəsində taqətdən düşür.
Oruc ilə həzm sistemi ildə bir ay dincəlir. Əsl möcüzəli təsir isə qaraciyərlə bağlı müşahidə edilir. Orucdan başqa digər pəhrizlər yuxarıda deyilənlər baxımından kifayət deyildir. Çünki 10 qramlıq bir maddənin belə, orqanizmə daxil olması kompüter kimi işləyən həzm sistemini hərəkətə gətirir. Bu mənada demək olar ki, oruc sayəsində qaraciyər dincəlir.
Orucun qaraciyərə başqa bir yardımı da qan kimyası vasitəsi ilədir. Qaraciyərin ən mühüm vəzifələrindən biri, qəbul edilən qida ilə ifraz edilən qida arasında müvazinət yaratmasıdır. Oruc tutulan zaman gündüzlər qida qəbul edilmədiyi üçün, qaraciyər qida toplamaq barədə xeyli rahatlanır. Bu istirahət vaxtında orqanizm üçün, həyati əhəmiyyəti olan, qlobinlər hazırlayır. Bununla da immun sisteminiz güclənir. Mədənin də orucdan faydalanması tamamilə müsbətdir. Başqa aclıq hallarında fərqli olaraq, orucluqda niyyət etdikdən sonra iftara kimi gün ərzində mədə şirəsinin ifrazı dayanır. Bununla da mədənin və turşu hüceyrələri bu ay ərzində dincəlmiş olur. Oruc bağırsaqların da həm şirə, həm də hərəkət edən əzələlər baxımından dincəlməsinə səbəb olur. Bağırsaqların daxili divarları altında mühafizə sistemimizin bir parçası olan xovlar yerləşmişdir. Oruc tutmaqla həmin xovlarda sözün tam mənasında bir təftiş həyata keçirilir. Beləliklə həzm sistemi xəstəliklərinə qarşı daha da müqavimətli oluruq.
Oruc tutan zaman fikrimiz ancaq gördüymüz işlərə cəmləşir. Bu isə hafizənin daha yaxşı işləməsinə səbəb olur. Tarixdə də bir çox alim günlərlə ac qalaraq düşüncə qabiliyyətini inkişaf etdirib. Az yemək zehni gücləndirir.
Xərçəngin qarşısını alır. Oruc tutan insan öz bədəninə nəzarət etməyə vaxt tapır və beləcə özünü müdafiə edə bilir. Xərçəngin yaranmasının qarşısını alır.
Hansı hallarda oruc tutmaq olmaz
Oruc tutmaq sağlam insanlar üçün faydalıdır. Lakin sağlamlığında problemi olan insanlar üçün zərərlidir.
Qan şəkəri aşağı olan diabet xəstləri
Böyrək çatışmazlığından əziyyət çəkənlər
Parkinsin, alzheimer və epilepsiya xəstələri
Psixoloji durumdan ciddi problemləri olanlar
Gün ərzində dərman qəbul edən xəstələr
publika.az