Coca-cola 126 illik ənənəni pozdu
22.7.2013

Dünyanın ən böyük içki şirkəti özünəməxsus qırmızı rəngində dəyişiklik edib.
ABŞ-ın məşhur içkisi Coca-Cola 1887-ci ildən bu yana qablaşdırmasında istifadə etdiyi qırmızı rəngini Argentinada kofeini azaldılmış, şəkərsiz məhsul Coca-Cola Life üçün yaşıla çevirib.
Şirkətin verdiyi açıqlamaya görə, yeni şüşənin digərlərindən fərqsiz göründüyü, lakin təbiətə daha az zərər verməsi üçün hazırlandığı bildirilib.
Yeni məhsulun kalorisi də digər məhsullara görə aşağıdır. Yaşıl qabda təqdim olunan Coca-Cola Life 108 kalori, normal Coca-Cola isə 250 kaloridir.

publika.az