Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının direktoru dəyişib
21.12.2011

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının direktoru, xalq artisti Xamis Muradov öz istəyi ilə vəzifəsindən azad olunub. Bu vəzifəyə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov təyin edilib.
Hazırda kinostudiyada təhvil-təslim gedir.