Günün qoroskopu
23.7.2013

Qoç - yaşam potensialının səviyyəsi aşağıdır. İzafi iş və ya əsəb gərginliyinin arzuolunmaz fəsadları ola bilər.

İş və əyləncənin hədlərini dəqiq bəlirləyin. Başladığınız işə var qüvvənizi sərf etməyin, çünki tez yorula bilərsiniz. Ən mühüm planların reallaşdırılmasına ahəstə şəkildə başlayın. Yeni işlərə start verməyin.

Qüvvə və imkanlarınızı gerçək qiymətləndirməsəniz, problemlə qarşılaşa bilərsiniz.

Şəxsi münasibətlərdə problem yaranmaması üçün əvvəl düşünüb, sonra danışın. Ən xırda məsələlərdə belə, inadkarlıq etməyin.

Buğa - yaşananlara real baxın. Arzular, xəyallar, illüziyalar pis deyil. Amma gerçəkçi olun, hadisələri səhih dəyərləndirin.

Yaşamınızda cərəyan edən hadisələr sürətlənib. Naqolay vəziyyətə düşməmək üçün qıcıqlanmayın, səbrli olun. Təmkininizi pozmayın.

Eqoist davranmayın. Əməllərinizi başqaları bu barədə danışana qədər qiymətləndirin. Bəzən mühafizəkar, ehtiyac yarananda isə liberal olun.

Tanışlar və dostlarla söhbətlərdə soyuqqanlı olun. Gərəkdiyindən artıq danışmayın.

Əkizlər - xərclərə və məsrəflərə hazır olun.
Evdə təmir və ya yenidənqurma zərurəti var.

Pulla yanaşı, vaxt da sərf etməli olacaqsınız. İşin bölüşdürülməsi ilə bağlı yaxınlarınızla danışıqlar aparsanız da, bir nəticə hasil olmayacaq. Ona görə də işin əksər hissəsini siz görməlisiniz.

Sevdiyiniz insanla münasibətlərdə güzəştə gedin. İnadkarlığınız yaxşı heç nə vəd etmir.
Söhbət sizin üçün həddən ziyadə prinsipial məsələdən getmirsə, bu gün qəti qərar verməyin.

Xərçəng - ətrafınızdakı bir neçə şəxsin sizə münasibətində aqressiya çalarları var. Onlar sizi etmədiyiniz əməldə suçlamağa çalışırlar.

Qonşu və ya yad adamla münaqişə riski mövcuddur.
Yeni tanışlıqlar üçün əlverişli gün deyil. Yaxınlarınızla təmaslarda həssas olun, yüz ölçüb, bir biçin. Hesablamalarda diqqətli olun. Səhvlər maliyyə itkiləri yaradacaq.

Səhhətinizin qayğısına qalın. Yaşam potensialının səviyyəsi aşağıdır. Zərərli vərdişlərdən birini unutmaq, sağlam həyata keçidə başlamaq üçün yaxşı vaxtdır.

Axşam saatlarında istirahət edin.

Şir - alış-veriş üçün uğurlu gün deyil. Yalan qurbanı olmamaq üçün keyfiyyətsiz əşyaya və ya xidmətə dəyərindən artıq pul verməyin.

Soyuqqanlı olun ki, qərarlarınız sonradan sizdə peşmanlıq hissi yaratmasın.
Günorta saatlarında bir qədər gəzişin, dolaşın, fikirlərinizi dağıdın.

Yaradıcılıq qabiliyyətləriniz günün ikinci yarısında artacaq.
Yaxınlarınızı asanlıqla anlayır və onların istəklərini başa düşürsünüz. Sizə əziz insanların problemlərinin həllində ifrata varmayın.

Ailə üzvləri ilə ünsiyyətdə səmimi, gülərüz olun.

Qız - ağır və qarışıq gündür. Çoxdankı bədxahla toqquşma, etibar etdiyiniz insanın xəyanəti, pərişanlıq və təəssüf istisna deyil. Baş verənləri sakit və soyuqqanlı qarşılayın.

Aqressiv olmayın. Əks təqdirdə bu günün münaqişələri uzun müddət sizinlə qalacaq.
Əmlak məsələlərində diqqətli olun. Kompüter və ya məişət avadanlığı sıradan çıxa bilər.

Ev işləri planlaşdırdığınızdan artıq vaxt aparacaq. Nəzərdə tutduğunuz işi başa vurmaq üçün sürətlə çalışın.

Axşam saatlarına yaxın nəfəs dərin, istirahət edin. Qüvvənizi bərpa edin, xoş fikirlərə çulğalaşın.

Tərəzi - ağır zəhmət və səy tələb edən gündür. Ətalətli, tənbəl olmayın, astagəllik etməyin. Problemlər qarşısında geri çəkilməyin - onların öhdəsindən gələcəksiniz. Gün ərzində nikbin olun, özünüzə inanın.

Yaşamınızı yaxın zamanda dəyişə biləcək xəbər ala bilərsiniz.
Qərar qəbul etməyə tələsməyin. Əlverişli vaxt hələ çatmayıb.

Sevdiyiniz insanla münasibətlərdə hami mövqeyi tutun.

Məntiqli olun, soyuqqanlı qərarlar verin. Münaqişə yaratmayın, yeni problemin səbəbkarına çevrilməyin.

Əqrəb - günün əksər hissəsini yarımçıq işin başa çatdırılmasına həsr etməli olacaqsınız. Gələcəklə bağlı planlarda zəruri dəqiqləşdirmələr aparın.

Ehtiyatlı, səbrli və təmkinli olun. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin, naqolay vəziyyətə düşməyin. Yeni tanışlar səbrli və soyuqqanlı davranışınızı qiymətləndirəcəklər.

Ailə üzvləriniz, xüsusilə də azyaşlılarla həssas olun. Onlar sizin diqqətinizə və qayğınıza möhtacdır. Hisslərinizi sevdiyiniz insanlardan gizlətməyin.

Axşam saatlarında yaxınlarınızla səmimi olun. Sözlərinizin sentimental olacağından qorxmayın.

Oxatan - yaşam potensialınız yüksəkdir. Buna rəğmən, yeni işə başlayarkən unutmayın ki, uğur istənilən zaman sizdən üz döndərə bilər.

Özü də belə xoşagəlməz hadisəni heç gözləmədiyiniz halda pərişan ola bilərsiniz.
Düşünülməmiş qərarlar və impulsiv addımlardan çəkinin, fəsadları pis ola biləcək əməllərə sahib olmayın.

Yeni tanışlarınız potensialınızı normal qiymətləndirməyəcəklər. Bununla belə, qətiyyətli olun, geri çəkilməyin.

Ünsiyyətdə diqqətli və sayıq olun. Birgə fəaliyyətin mümkün olduğu insandan uzaq durmanız gərəkən adamı müəyyənləşdirin.

Yanılmayın. Bələd olduğunuz şəxslərlə təmasları yetərli saysanız, pis olmaz.

Oğlaq - ötənlərdə etdiyiniz səhvin fəsadlarını aradan qaldırmaq imkanınız var. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil.

Sonsuz işarələr, tənələr bataqlığına düçar olmayın. Sərt açıqlama və fikir söyləməkdən çəkinin. Yersiz qarşıdurmaya səbəb ola bilərsiniz.

Romantik hisslərin və cəhdlərin zamanı deyil. Şəxsi münasibətlərdəki sərinliyin səbəblərini taparaq aradan qaldırın.

Bir müddət tək qalın, təkbaşına çalışın. Tərəfdaşla dialoqa hazır olmaq üçün bəzi məhrumiyyətlərə məruz qalmağınız gərəkdir.

Dolça - günün ilk yarısında ev işlərini həll etmək ehtiyacı yaranacaq. İşlərinizdə qayda yaradın və yalnız bundan sonra yaxınlarınıza kömək edin.

Fəqət, yaxın perspektivlər və gələcəklə bağlı düşünmək üçün də vaxt tapın. Reallaşdırılma şansı az olmayan ideyalar yaranacaq.

Arzularınızda cəsarətli olaraq adamlara çox inanmayın. Belədə fırıldaqçı və ya bədxah insanın "qurban"ına çevrilə bilərsiniz.

Əks cins mənsubu ilə ünsiyyət üçün əlverişli gündür. Münasibətlər dostyana olmalıdır.
Axşam saatlarında istirahət edin.

Balıqlar - fantaziya və illüziyaların toruna düşməyin, dürüst yoldan sapmayın. Həddən ziyadə iş görməyə çalışmayın.

Yaxın ətrafınızdakı insanları da əbəsdən yardıma çağırmayın. Etibar və sayğısına şübhə etmədiyiniz insanlarla ünsiyyətdə zəif cəhətlərinizi gizlətməyin.

Həmin etiraf sizi gücləndirə bilər.
Əmlak məsələlərinə xüsusi diqqət ayırın. Maliyyə məsələlərinin həlli ehtiyatlı və həssas davranış tələb edir.

Yaxşı tanımadığınız insanla izafi ünsiyyətdə olmayın. Belə təmaslar sizə yalnız başağrısı və problemlər bəxş edəcək.

Milli.Az