Britaniya şahzadəsi Uilyam və Kembriç hersoginyası Keyt Midltonun övladı dünyaya gəlib
23.7.2013

Britaniya şahzadəsi Uilyam və Kembriç hersoginyası Keyt Midltonun övladı dünyaya gəlib. Körpə Bakı vaxtı ilə 20.24-də Londonun Müqəddəs Məryəm xəstəxanasında dünyaya göz açıb. Çəkisi 3.8 kq olan körpənin cinsi oğlandır. Uşağın dünyaya gəlməsindən ilk olaraq kraliça İkinci Yelizaveta və Britaniya hökumətin üzvləri xəbər tutub. Keyt Midlton və övladı özləri yaxşı hiss edirlər. Yeni doğulan körpə şahzadə Çarlz və atası Uilyamdan sonra Britaniya taxt-tacına sahib çıxa biləcək üçüncü namizəddir.