Amerikalı xəzinəaxtaranlar dənizin dibindən ümumi dəyəri 35 milyon dollar olan gümüş külçələri çıxarıblar.
Onlar 1941-ci ildə batmış “Gersoppa” gəmisinin yükünü aşkarlayıblar.
Gümüşlə yüklənmiş gəmi Kəlküttə limanından ayrılmış və İrlandiya sahillərinin beş yüz kilometrliyində alman sualtı qayığı tərəfindən batırılmışdır.
Təkcə gəmi kapitanının köməkçisi xilas ola bilib.
Gəmini iki il əvvəl tapıblar. Amerika firması sualtı robotların köməyi ilə qiymətli yükü sudan çıxarmağa başlayıb. Külçələrin 99 faizini çıxarmaq mümkün olub.
Dəfinənin beşdə biri Britaniya hökumətinə, qalan hissəsi isə xəzinəaxtaranlara çatacaq.
Gün.Az