Rus mediasına istinadən verilən xəbərə görə, "Dünya gözəli - 2013" Moskvada keçiriləcək.
Məlumatda konkursun sahibi amerikalı milyarder Donald Trampın "Krokus international" şirkətinin rəhbərləri Araz və Emin Ağalarovlarla görüşündən sonra adı çəkilən mərasimin Ağalarovlara məxsus "Krokus siti hall" əyləncə mərkəzində keçirilməsi qərarlaşdırılıb.
Qeyd edirik ki, Ağalarovların əyləncə mərkəzinin bu konkursun keçirilməsi üçün yararlı olub-olmadığını müəyyən etmək üçün bu yaxınlarda ABŞ-dan Rusiyaya "Krokus siti hall"ın podiumunun və digər göstəricilərin vəziyyətinə baxış keçirmək üçün 20 nəfərlik mütəxəssis qrupu gələcək.
Bakuinfo.Az