Bu hamburqer 325 000 dollaradır!
24.7.2013

Elm dünyasını iki yerə bölən süni ət istehsalı məsələsi Hollandiyalı bir alimin laboratoriyada ət istehsal etdiyini açıqlaması ilə yenidən gündəmə gəldi.

Hollandiyalı alim Mark Post 20 min əzələ lifindən laboratoriya şəraitində hazırladığı ətdən olan hamburqeri auksiona çıxaracaq.

Hadisənin maraqlı tərəfi hamburqerin özü yox, dadıdır.

Qeyd edirik ki, Mark Post düzəltdiyi hamburqerə 325 000 dollar başlanğıc qiyməti qoyub.

Bakuinfo.Az