2012-ci il yanvarın 17-29-da Londonda Hovik Sarayında "Bakıya uçuş:
Azərbaycanın müasir incəsənəti" (“Fly to Baku: Contemporary Art from
Azerbaijan”) adlı sərgi keçiriləcək. Sərgidə Azərbaycan rəssamlarının
işləri nümayiş etdiriləcək.
Sərgi “Phillips de Pury & Company” şirkəti tərəfindən təşkil olunur.