Azərbaycanın tanınmış sənətçisi Azərin Ramazan şənlikləri çərçivəsində Türkiyənin Manisa şəhərində konsert proqramı ilə çıxış edib.
Azərinin konserti Manisa Bələdiyyəsi tərəfindən təşkil olunub.
Məlumata görə, Azərinin Manisadakı Cumhuriyyət Meydanında baş tutan konserti yetərincə izdihamlı alınıb.
Müğənni, yerli hakimiyyət orqanları rəhbərlərinin də qatıldığı konsertdə repertuarının ən sevilən mahnılarını səsləndirib.
Tamaşaçılar Azərinin “Türkiyəm”, “Kəskin bıçaq”, “Qalx ayağa, Türk oğlu” və digər mahnılarını böyük coşqu ilə qarşılayıblar.
Konsertdən sonra çıxış edən Manisa Bələdiyyəsi sədrinin müavini Nursel Ustamehmetoğlu azərbaycanlı sənətçiyə möhtəşəm çıxış üçün minnətdarlığını bildirib.
Gün.Az