Yay mövsümündə Bakıda 26 nəfəri gün vurub
23.7.2013

Yay mövsümü başladıqdan Bakıda 26 nəfəri gün vurub.

Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. O bildirib ki, gün vuran 26 nəfərdən 11-i xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, digərlərinə isə ilkin tibbi yardım göstərilib.

O. Şahmalıyev qeyd edib ki, bu vaxta kimi 24 suda boğulma hadisəsi qeydə alınıb: “Bunlardan 17 fakt ölümlə nəticələnib, digərlərinə isə ilkin tibbi yardım göstərilib. Suda boğulma hadisələri çimərliklərdə, həyətyanı hovuzlarda, kanallarda qeydə alınıb”.

APA