Gəncədə yeni muzey inşa edilmişdir. AMEA- nın Gəncə bölməsinin rəhbəri, professor Fuad Əliyev demişdir ki, muzeydə arxeoloji qazıntılar zamanı tapılmış qədim məişət əşyaları, tarixi sənədlər, miniatürlər, əlyazmalar və digər tarixi materiallar nümayiş etdiriləcəkdir.
Muzey üçün artıq əşyaların toplanmasına başlanılmışdır. Bunun üçün AMEA-nın Gəncə bölməsində xüsusi otaq ayrılmışdır.Toplanan eksponat və qədim əşyatar hələlik orada saxlanılır. Qısa vaxt ərzində bu işə qoşulan şəhər sakinləri çoxlu sayda qədim əşyaları təqdim etmişlər. Əşyalar içərisində çıraqlar, küplər, müxtəlif saxsı qablar, mis kasalar, gildən hazırlanmış səhənglər vardır.
AzərTAc