Məşhur aktyor Conni Depplə Ember Herdin münasibətləri, deyəsən ciddiləşir.
“Roma gündəlikləri” filmində tanış olmuş cütlük bir dəfə ayrılsalar da, indi yenə də birlikdədirlər və dünyanı gəzirlər.
Conni Depp “Tənha reyncer” adlı filmin təqdimatı üçün ölkələri ziyarət edərkən Ember ondan ayrılmır. Bu yaxınlarda filmin növbəti premyerası Londonda keçirildi. Bu dəfə Ember qırmızı xalı üstündə Conninin yanında olmasa da, onu oteldə gözləyib və sonradan cütlük restorana gediblər. Bundan başqa Herd həm də Deppin uşaqlarına göz-qulaq olur. Tokio aeroportunda aktrisa Conninin 11 yaşlı oğlu Ceklə foto çəkdirib.
publika.az