Dünyanın ən uzun təcrübələrindən biri 69 il sonra nəticələndi.
İrlandiyada 1944-cü ildə başlayan və bir parça qətranın iki yerə bölünərək təcrübə şüşəsinə düşməsini qarşısına məqsəd qoyan təcrübə iyulun 11-də sona çatıb. Araşdırmaçılar təcrübənin bitdiyi anı ölümsüzləşdirməyi bacarıb.
1944-cü ildə Dublin Universitetində başlayan təcrübədə qətranın yerin cazibə qüvvəsinə qarşı nə qədər dayana biləcəyi əsas məqsəd idi. 69 il sonra o, böyük olan qismindən qoparaq təcrübə şüşəsinə düşüb. Elm tarixinin ən uzun təcrübələri arasına daxil olan müşahidə ilk dəfə idi lentə alınırdı.
Qətran təcrübəsinin bitdiyi anı veb kamera ilə çəkməyi bacaran Dublin Universitetindən Shane Berg bildirib ki, “Dünyanın heç bir yerində buna oxşar hadisə olmamışdı. Dünyanın ən qədim, qəribə və maraq oyandırıcı təcrübələrindən biridir”.
Avstraliyanın Queensland Universiteti eyni təcrübəni 1930-cu ildə başlamış, lakin təcrübənin nəticəsini videoya çəkə bilməmişdi.
Video
publika.az