İstidə oruc
tutmaq qış aylarına nisbətən çətin olur. Bəs orucu asan tuta bilmək üçün
nələr etməliyik?
- İşləyən insanların imsak vaxtı durması məcburidir.
- İmsakda və iftarda birdən-birə yemək yeməyin çox təhlükəli olduğunu unutmayın.
- İsti
havada oruc tutmaq çətinləşir. Buna görə də günəşin altında durmamağa
diqqət edin. Əks halda, sağlamlıq problemləri ilə qarşılaşa bilərsiniz.
- Süfrədən tam doymamış qalxın.
- Bol su için, qazlı sulardan isə uzaq olun.
- Halsızlıqdan xilas olmaq üçün duzlu çərəzlər yeyin.
- Ürəkdə
problemi olan insanlar isə xəmir xörəklərindən və təzə bişmiş, isti
şirniyyatlardan uzaq olmalıdır. Əvəzində yüngül südlü desertlər və
dondurma yeyin.
- Çoxları iftarı iş yerində açmağa məcbur olur.
Evə döndüyü zaman yenə də süfrəyə oturur. Bu isə qeyri-sağlam qidalanmaq
deməkdir.
- Artıq yemək hər zaman zərər verir. İftarı iş yerində bir fincan meyvə suyu, bir boşqab sulu yeyərək açın.
- 1,2 saatdan sonra evə döndüyünüz zaman əsas yeməkdən yeyin.
- İmsakda bir stəkan süd, xurma, bir qədər qoz, meyvə və bol su qəbul edilməlidir.
- Doymuş yağlarda bişən qidalardan uzaq durun.
- Ramazan ayında sağlam qalmaq üçün hər bir qidadan, amma normasında qəbul etmək əsas şərtdir.
- İmsakda həzmi asanlaşdıran lifli qidalardan yeyin, qızartma və ədviyyatlı qidalardan uzaq durun.
- Meyvəni yeməkdən 1-2 saatdan sonra yeyin.
- Oruc tutan zaman vücuddakı şəkər, kalsium, fosfat aşağı düşdüyü üçün onları bərpa etmək lazımdır.
- Oruc tutan insanlar idman etməməlidir.
- İdman qan şəkərini aşağı salır və metabolizmda problemlər yara bilər.
- Mədəsində problemləri olanlar turşuluğu aradan qaldıran həblər qəbul etməlidir.
- Çovdar, yulaf və ya kəpəkli çörəklər yeyin.
Publika.Az