Qoç - Bu gün çətin ki Qoçların zövqüncə olsun. Bürcün nümayəndələri özlərini yaxşı tərəfdən göstərmək imkanı əldə edə bilməyəcək və buna görə əməlli-başlı məyus olacaqlar. Bundan başqa, onlar tənqidə çox kəskin reaksiya verir və nəticədə həm işgüzar, həm də şəxsi əlaqələrə ciddi ziyan dəyir. Əhval-ruhiyyəni yüksəltməyin sadə yolu bir qədər az küsəyənlik və bir qədər artıq yumor hissidir.
Səhhətinizdə bağlı prblemlər mümkündür. Qoçlar xəstəlikləırə həmişəkindən daha çox meyllidirlər. Bu səbəbdən də özünüzə xüsusi diqqətlə yanaşmalısınız.
Buğa - Gün problem və sınaqlarla zəngindir. Baş verənləri aydınlaşdırmaq üçün diqqəti cəm etmək lazımdır. Amma məsələ burasındadır ki, diqqətinizi yayındıracaq və sizi narahat edəcəklər. Arzu etmədiyiniz məsləhətlərdən canınızı qurtarmaq və ya yersiz xahişlərdən xilas olmaq üçün bəzən özünüzü kifayət qədər sərt aparmalı olacaqsınız. Bu gün güclülərlə münasibətlərin pozulması təhlükəsi var. Rəhbər Buğalara işçilərindən hansısa ürəyində kin saxlaya bilər.
Təəssüf ki, evdə də vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Münaqişələr və incikliklər çox olacaq. Digər tərəfdən, belə problemlər bu gün nə qədər çox olsa, sabah bir o qədər az olacaq.
Əkizlər - Bu gün maraqlı imkanlar açacaq. Amma təəssüf ki, onların hamısından yararlanmaq mümkün olmayacaq. Nəinki tez, həm də düşünülmüş hərəkət etmək lazımdır ki, heç bir səy hədər getməsin. Sadəlövhlüyü unudun və uğura bel bağlamayın. Yalnız işə ciddi münasibət və hər addımınızda məsuliyyət uğura apara bilər.
Günün emosional fonu əlverişlidir. Bundan köhnə əlaqələri bərpa etmək, son vaxtlar dil tapa bilmədiyiniz adamlarla münasibət qurmaq üçün istifadə edə bilərsiniz.
Xərçəng - İşgüzar Xərçəngləri möhtəşəm uğurlar gözləyir. Bu gün ən cəsarətli biznes-planların həyata keçirilməsi, yeni layihələr üzərində işə başlanması, sövdələşimələr üçün çox əlverişlidir. İşinizin genişlənməsi, yeni səviyyəyə çıxmağa imkan verəcək razılaşmaların əldə edilməsi mümkündür. Muzdlu əməkdaşlar vəzifələrinin artırılmasına və ya maliyyə xarakterli xoş sürprizlərə ümid edə bilərlər.
Müsbət tendensiyaların təsiri həyatın bütün sahələrinə sirayət edəcək. Romantik münasibətlər də istisna deyil. Gün yaşlı qohumlarla ünsiyyət, gələcəklə bağlı ümumi planların müzakirəsi üçün münasibdir.
Şir - Çox güman ki, bu gün sizin üçün əlverişsiz olacaq. Səfərlər məsləhət deyil. Hədər yerə çox vaxt sərf edəcəksiniz. Can atdığınız şeyi əldə etsəniz də, bu, böyük səylər hesabına başa gələcək. İş müttəfiqləriniz və rəhbərliklə dil tapmaq çətinləşəcək. Sizin nə danışdıqlarınız yox, etdikləriniz onların əsəbiləşməsinə səbəb olacaq.
Yaxınlarınızla mübahisələr mümkündür. İri bazarlıqlar etmək tövsiyə olunmur. Bu gün pulunuzu düzgün sərf edəcəyiniz az ehtimal olunur.
Qız - Çətin və uzunmüddətli işlərə girişmək məsləhət deyil. Ən yaxşısı xırda cari məsələlərin həlli ilə kifayətlənməkdir. Bel bağladığınız dəstəyi ala bilməyəcək və özünüzü köməksiz hiss edəcəksiniz.
Bu gün nail ola biləcəyiniz ən yaxşı nəticə dostlarınız və yaxınlarınızla dil tapmaq, ümumi planlarla bağlı razılığa gəlmək və təşkilati məsələləri həll etməkdir. Günün ikinci yarısı romantik görüşlər üçün münasibdir. Bu görüş qeyri-adi keçəcək və uzun müddət yaddaşınızdan silinməyəcək.
Tərəzi - Uğurun sirri sakitlikdədir. Siz də məhz ona can atırsınız. Lakin təəssüf ki, emosiyalarla bacarmaq hər zaman alınmır. Ən təhlükəlisi xırda əsəbiliklərdir. Gün ərzində belə hisslər çox olacaq və özünüzü saxlamağınız çətinləşəcək.
Uzun müddət birlikdə iş görəcəyiniz adamlar sizi diqqətli müşahidə edəcəklər. Üzüqara çıxmamaq xüsusilə vacibdir. Özünüzdən çox heç kim reputasiyanıza zərbə vura bilməz. Günün ikinci yarısı mağazaları gəzmək üçün münasibdir.
Əqrəb - Ulduzlar əlverişli şərait yaratmaq rejimini işə salıblar. İndi sizdən başgicəlləndirici uğurlar əldə etmək üçün yalnız cüzi səy göstərmək tələb olunur. Gün çox şey vəd edən görüşlər baxımından həddindən artıq səxavətlidir. Xzahiri görkəminizə diqqət yetirməyə dəyər. Bu gün sizi geyiminizə görə qarşılayacaşlar.
Planlaşdırılmamış səfərlər mümkündür. Belə səfərlər zövq verəcək.
Oxatan - Bu günkü hadisələr sizi bir qədər məyus edəcək. Onların üzündən planlarınızı dəyişməli, təyin olunmuş işlərdən imtina etməli olacaqsınız. Özünüzün yox, başqalarının maraqlarının qeydinə qalmağa məcbur ola bilərsiniz. Təbii ki, belə vəziyyət o qədər də xoş deyil. Düzdür, səylərinizə görə mükafatlandırılacaqsınız. Amma bu mükafat, istəyiniz qədər səxavətli olmayacaq.
Yaxınlarınızla münasibətləriniz isə müsbət tendensiyaların təsiri altındadır. Bu sahədə hər şey qaydasında olacaq. Bu gün promantik tanışlıq və ya barənizdə güclü təəssürat yaratmaq istədiyiniz adamla görüş üçün ideal şəkildə münasibdir.
Oğlaq - İstənilən iş üçün münasib olan sakit və müsbət gündür. Hətta ən çətin işlər də sizi qorxutmayacaq - bir neçə cəhddən sonra onlara mütləq yol tapacaqsınız. Yeni nəyəsə başlamaq olar. Əgər ehtiyatla və tələsmədən hərəkət etsəniz, yaxın gələcəkdə təsirli uğurlar əldə edə bilərsiniz.
Yaşlı qohumlarınızda mübahisələr mümkündür. Ciddi münaqişələr də istisna deyil. Siz haqlı olduğunuza əminsiniz və bu əminlik əsaslıdır. Lakin bir qədər yumşaq olmaq lazımdır. Sizin sözləriniz ətrafdakılar tərəfindən kəskin və təhqiredici kimi qəbul oluna bilər.
Dolça - Asan gün olmayacaq. Səhərdən axşamadək təmərküzü, döyüş ruhunu və heç olmasa, bir qədər nikbinliyi qorumaq (nə qədər çətin olsa da) vacibdir. Hətta ən çətin anlarda da təslim olmayın. Gün vacib dərslər və faydalı təcrübə ilə zəncin olacaq. Bunların hər ikisi tezliklə sizə lazım olacaq.
Günün ikinci yarısında sizin birbaşa iştirakınızın tələb olunduğu qohumlarla görüşlər, ailə məclisləri mümkündür. Nə vaxtsa, xətrinizə dəymiş adamlarla görüşə bilərsiniz. Onlar günahlarını yumağa çalışacaqlar.
Balıqlar - Olduqca məhsuldar gündür. Ulduzlar istənilən məsələdə sizi dəstəkləməyə hazırdırlar. Balıqlar biznesdə uğura, faydalı sövdələşmələrə ümid edə bilərlər. Maraqlı işgüzar təkliflər mümkündür.
Bütün gün ərzində əhval-ruhiyyəniz yüksək olacaq. Nə qədər çətin olsa da, nikbinliyinizi qoruyacaq. İstənilən vacib görüşü günün ikinci yarsına təyin edin.