Simanızı ilbizlərə etibar edin
24.7.2013

Tokioda bir gözəllik salonu təbii yapon ilbizlərindən istifadə etməklə üz dərisni yaxşılaşdıran qulluq təklif edir.Beş dəqiqə ərzində və 100 dollardan artıq xərcləməklə bu vasitədən istifadə etmək olar.“İlbiz üzünüzün dərisini elastik edir, quru, qabıq verən hissələri yığışdırır”.

Publika. Az xəbər verir ki, bunları "Röyters" agentliyinə Tokioda mənzillənmiş “Ci:z.Labo” kliniki salonundan 27 yaşlı gözəlləşdirmə ustası Manami Takamura deyib.

Bu salonda beş birillik təbii yapon ilbizi saxlanır, lakin onlar gündə bir müştəriyə qulluq ediləcək miqdarda selik buraxa bilirlər.Müştərilərin üzündə gəzmədikləri vaxtlarda ilbizləri temperaturu tənzimlənən, rütubətli yerdə saxlayır və yüksək keyfiyyətli tərəvəzlə yemləyirlər.

Belə güman edilir ki, ilbizlərin ifraz etdikləri selik müalicəvi keyfiyyətə malikdir.Hələ qədim Yunanıstanın və Romanın nəzəriyyəçi loğmanları ilbizdən hazırlanmış vasitələri yanmadan tutmuş hamiləlik problemlərinədək müxtəlif xəstəliklərin dərmanı sayırdılar.

Lakin bu zaman ilbiz müştərinin üstündə rahatca gəzə bilmirdi. Onu əvvəlcə öldürmək lazım gəlirdi.

publika.az