ABŞ-ın dövlət katibi Con Kerri Ramazan ayı ilə əlaqədar bu gün iftar süfrəsi açacaq.
Dövlət Departamentinin saytına istinadən verilən məlumata görə, tədbir Departamentin Bencamin Franklin zalında keçiriləcək.
Tədbirdə Con Kerri Dövlət Departamentinin bütün dünyada yaşayan müsəlman cəmiyyətlərin inteqrasiyası istiqamətində səylərdən, insanlar arasında əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı anlaşma yaradan proqramlardan danışacaq.
publika.az