Yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun “Şah arvadı və Cadugər” romanı işıq üzü görmüşdür.
Əsər tarixi faktlar, maraqlı hadisələrlə zəngindir. Bu roman Yunus Oğuzun Səfəvilər dövləti, bu dövlət quruluşunu yaradan xalqın təsəvvürləri, ideyalar, vərdişlər sistemi haqqında zəngin təfəkkürə malikdir.
“Təhmasib şah” və “Nadir şah” romanları ilə müqayisədə “Şah arvadı və Cadugər” romanında müəllif daha çox yazıçıdır.
Romana “Ön söz”ü AMEA-nın müxbir üzvü, professor, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov yazmışdır. O, kitabı ədəbiyyatımıza şöhrət gətirə biləcək əsər kimi qiymətləndirmişdir.
Kitabın sonunda oxuculara yazıçının qələmə aldığı digər tarixi romanları, kitabları haqqında da məlumat verilmişdir.
Azərtac