Bu gün Bərdə, Tərtər şəhərlərinə, Yevlax rayonunun Kövər kəndinə, Ağdam rayonunun bir hissəsinə, Qazax rayonunun Birinci Şıxlı və İkinci Şıxlı kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 18:00-dək «Tovuz» Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan «Tovuz 2-ci xətt» ölçü qovşağında, «Şıxlı» Avtomatik Qazpaylayıcı Stansiyasında, «Kövər», «Bərdə-Samux», «Bərdə», «Tərtər», «Ağdam 4 yol» ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq.
Qeyd edək ki, təbii qazın verilişində fasilələrin yaranmasına səbəb müvafiq ərazilər üzrə müvafiq stansiya və qovşaqlarda təmir işlərinin aparılmasıdır.
APA