İyul ayının hər həftə sonu «Unibank» ASC-nin «Albalı» kart sahibləri 3 ay və ondan yuxarı taksitlə alış-veriş edəndə, əlavə olaraq bankdan 3 ay daha uzun müddətə ödəniş imkanı hədiyyə edilir.
Bankdan verilən məlumata görə, məsələn, müştəri şənbə və bazar günlərində mağazadan 3 ay ödəmə müddətli malı alanda banka 6 ay taksitlə ödəyir.
Qeyd edək ki, «Unibank»ın pulsuz olan «Albalı» kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında populyarlıq qazanıb. Bu kart paytaxtdakı 700-dən artıq tərəfdaş mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. Müştərilər kartı bankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən ala bilərlər. Üç il müddətinə 3 000 manatadək kredit cəlb etməyə imkan verən kart, bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir.
APA