Qoç - Sinirli, gərgin, emosiyalarla bol gündür. Böyük gözləntiniz doğrulmaya bilər. Böyük, yeni işə başlamayın.
Tərəfdaş, həmkar və tərəf-müqabillərlə dil tapmaq asan deyil. Əgər yüz arqumentiniz olsa belə, qarşı tərəfin maraqlarını, istəklərini qulaqardına vurmayın. İdeallarla ümidləriniz sərt gerçəkliklə toqquşa bilər.
Qəhrəmanlıq və şücaətə yox, problemlərin çözümünə ehtiyac var. Ciddi marağınıza səbəb olan ünsürü tapın. İzafi enerjiniz üçün çıxış yolunu tapın.
Fiziki iş, idman məsləhətlidir. İfrata varmayın, ekstremal əyləncə seçməyin.
Axşam saatlarında dostlarla görüşmək olar.
Buğa - Ənənəvi məcrasında hərəkət edən hər şey yaxşıdır. Səhər saatlarından etibarən yalan vədlər və ümidlər toruna düşməyin.
Əsas plana riayət edin, zəhmətkeş olun.
Günün ikinci yarısında qəfil görüş, maraqlı informasiya, romantik nigaranlıq istisna deyil.
İnam çatışmazlığını ünsiyyət, məsələlərin müzakirəsi ilə aradan qaldırın. Yazışmada aktiv olun.
Axşam saatlarında problem yarana bilər. Gərginliyin artdığı, səbrin azaldığı situasiyalarda təmkinli olun.
Əkizlər - Yaş, vəzifə və ya nüfuz baxımından sizdən üstün olan insana qarşı çıxa biləcəyiniz toplantıya, işə, müzakirəyə qatılmayın.
Həmkar və tanışlarla ünsiyyətdə həssas olun. Yaxşı bələd olmadığınız işə qatılmayın, gərginliyin hiss olunduğu vəziyyətdə soyuqqanlı davranın.
Təhlükəsizliyinizi qoruyun, əsəblərinizə hakim olun.
Axşam saatlarında önəmli və ciddi yazışmaya başlamaq məsləhət deyil. Səfərə, nabələd yerə yollanmaqda risk var.
Xərçəng - Eqoizm və təşəxxüs zamanı deyil. Bütün mühüm məsələlərə nəzarət etdiyinizi düşünməyin.
Hadisələr yanıldığınızı, qətiyyətinizin səhv olduğunu göstərəcək. İndiyədk sizi anlayan, daim güzəştə gedən insan qəflətən müqavimət göstərə bilər.
Yaxın ətrafınızdakı insanların istəklərini və planlarını anlaya bilsəniz, irəliləyəcək, maraqlı məqamları görəcəksiniz.
Yaxınlarınız sizinlə səmimidirlər. Onların arasında sizinlə birgə çalışmağa hazır olanı da var. Təzyiq göstərməyin, fikirlərinizi sərt şəkildə izhar etməyin.
Mühüm görüş və ya yazışmanı təxirə salın.
Situasiya, həmsöhbət, yol və yol yoldaşlarınızı yanlış dəyərləndirməyin.
Cari işlərlə müstəqil məşğul olun. Axşam saatlarında yaxşı istirahət edin.
Şir - Enerji ehtiyatlarınızın tükənməsi, tələsik hərəkətlərdən və informasiya bolluğundan usanma mümkündür.
İşinizdə qədərindən artıq rəhbər və rəislərin olduğunu düşünə bilərsiniz. Həmkarlar arasında rəqabət güclənir. Qüvvələrinizi dəqiq hesablayın, düşünülməmiş addımlar atmayın.
Hadisələrlə bahəm, bəzi insanlar da sizi təbdən çıxarmağa, yoldan sapdırmağa can atacaqlar.
İndi başa vura biləcəyiniz işi sonraya saxlamayın. Tənbəllik etməyin.
Tənhalıq, yaşamdan narazılıq hisslərinə aldanmayın. Bütün bunlar müvəqqətidir.
Səhhətinizə fikir verin. İşləri bir qədər azaldın, axşam saatlarında istirahət edin.
Qız - Uzaqgörən, soyuqqanlı olun. Gərgin vəziyyətə rəğmən sağlam məntiq çərçivəsində hərəkət edin.
Yaşanan olayların çətinliyini və çalışdığınız insanların daxili durumlarını instinktiv anlamağa çalışın. Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin.
Ətrafınızdakı insanların istədiklərini yox, sizə gərək olanı edin. Etibar etdiyiniz insanlarla çalışın.
Dözümlü, səbrli olun. Kiçik məsələlər və xırdalıqlara görə səbrinizi itirməyin, hövsələsizlik etməyin.
Maliyyə məsələlərində ehtiyatlı olun. Sizi aldatmaq istəyən var. Bədxərclik etməyin.
Tərəzi - Ayın ən çətin və qarışıq günlərindən biridir. Baş verənlərə ifrat reaksiya verməyin. Belədə izafi dərəcədə yorğunluqla qarşılaşacaqsınız.
Heç nəyi mürəkkəbləşdirməyin. Dayanıb nəfəs dərmək üçün bəs edəcək qədər səbəb var. İntuisiya güclənir. Orijinal fikirlər, problemlərin alternativ həll variantları istisna deyil.
Eyni işi gördüyünüz insanla əməkdaşlıq yeni, faydalı tapıntılara səbəb ola bilər. İdeyaların bilavasitə gerçəkləşməsi təxirə salınır.
Yığılan gərginliyin yaratdığı yorğunluq və stresslər hətta ən təcili işlərlə ləngimələrə səbəb ola bilər.
Ruhdan düşməyin, irəliləyin. Gərəkli olaylarla ünsürlər özləri sizi tapacaq.
Əqrəb - Uzaqdan gələn xəbərlər sizi narahat edə bilər. Amma nigaranlığa səbəb olacaq məlumat çoxdan bəri yarımçıq qalan işi başa vurmağa yardım edəcək.
Səbrli, təmkinli olun. Təxribatlara uymayın, münaqişəyə qatılmayın. Əlavə iş görməmək üçün rəhbərlikdən uzaq olun.
Sizə mənsub olan nəyisə ətrafınızdakı adamlardan biri mənimsəməyə çalışacaq. Bədxahlarınızdan biri planlarınızı pozmağa, irəliləyişə mane olmağa cəhd göstərəcək.
Mübahisə etməyin, dedi-qodulara qatılmayın, maliyyə məsələsinin həllini daha əlverişli vaxtadək təxirə salın.
Şəxsi münasibətlərdə mühüm ünsürün çözülməsi gərəkdir. Di gəl, problemlərin sayını daha da artırmamaq üçün təmasların aydınlaşdırılması prosesinə başlamayın.
Oxatan - Səhər saatlarından etibarən cari işlərlə məşğul olun, rutin əməllərə laqeyd yanaşmayın. Saatlar keçdikcə əhvalınız və situasiyalar heç bir motivasiya olmadan dəyişə bilər.
Konkret gözləntilərin olduğu tədbirlər üçün çətin zamandır.
Səhhətinizə fikir verin. İstək və iddialarınıza nəzarət edin. Çünki hansısa iş və ya arzu ilə bağlı istəyiniz nə qədər çoxdursa, həmin məqamın yarada biləcəyi problemlər ehtimalı bir o qədər yüksəkdir.
Baş verənlərə bir qədər fərqli yanaşmağa çalışın. İş ritmini könüllü şəkildə pozmayın. Bilavasitə bu gün və ya yaxın perspektivdə konkret nəticə verə biləcək işlərlə məşğul olun.
Axşam saatlarında dostlarla görüşün. Şəxsi işlərinizlə, informasiya axtarışı ilə məşğul olun.
Saatlar keçdikcə gərginlik arta bilər.
Oğlaq - Problem nə qədər çətindirsə, onu çözmək istəyi bir o qədər güclüdür. İddia və ambisiyalarınız artsa da, niyyətinizdə tutduğunuz işi tam başa vurmaq imkanları çox deyil.
Səy və cəhdlərinizə rəğmən maneələrin dəf olunmamasına rəğmən işlərinizi qaydaya salın.
Çətinliklərin fonunda ruhdan düşməyin, ətalətli və tənbəl olmayın.
Səhhətinizin qeydinə qalın. Ətrafınıza diqqətlə baxın, mühüm olayları nəzərdən qaçırmayın.
Risk etməyin. Texnika, rabitə vasitələri ilə bağlı problemlər axşam saatlarına yaxın arta bilər.
İstirahətə vaxt ayırın.
Dolça - Səhvlərin fəsadlarını aradan qaldırmaq üçün yaxşı vaxtdır. Kiminlə təmas saxlamağı və görüşməyi yaşanan proseslər göstərəcək.
Yeni mövzular və uzaqda olan tərəfdaşla yeni plan istisna deyil. Münasibətlərin yeni formaları tapın, təmasları dərinləşdirin.
Birgə maraqları reallaşdırmaq üçün tərəfdaşı hərəkətə gətirin. İmkan varsa, əlavə işə başlamayın.
Axşam saatlarında istirahətə yollanın. Alış-veriş üçün uğurlu gündür.
Tələsməyin, harmoniya və sakitlikdən həzz alın.
Bəzi daxili yerdəyişmələr və kənardan alınan siqnallardan sonra nə istədiyinizi dəqiq müəyyənləşdirin.
Balıqlar - Hiss və həyəcanlarınızdan sonrakı dönəmdə intuisiyanızı unutmayın. Tələsməyin, həmsöhbətinizin rahat danışmasına mane olmayın.
Ətrafda baş verənləri diqqətlə müşahidə edin. Olayların və proseslərin əsl mahiyyətini anlaya bilərsiniz.
Görüş, danışıqlar, yazışma, müzakirələr üçün uğurlu vaxtdır.
Qüvvə və potensialınızın yüksək olduğunu hiss etsəniz, yaranan yeni imkanlardan istifadə edin.
Rəqabət situasiyası kəskinləşə bilər. Mövqelərinizin möhkəmlənməsi üçün gərəkli informasiyaları axtarın.
Günün ikinci yarısında yeni işə başlamayın. Alış-veriş üçün uğurlu gün deyil.
Maliyyə əməliyyatlarına qatılmayın.
Milli.Az