Hollivud rejissoru Azərbaycanı təbliğ edəcək
21.12.2011

Hollivudun tanınmış rejissoru Rupert Vaynrayt Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi ilə əlaqədar təbliğat kampaniyasına qoşulub.
Bu barədə jurnalistlərə “Bakı-2020″nin Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva açıqlama verib.Təşkilat Komitəsinin nümayəndəsi bildirib ki, Hollivud rejissorunun rəhbərlik etdiyi şirkət 2020-ci il olimpiadası ilə bağlı təbliğat xarakterli mini-filmlərin, roliklərin çəkilişi ilə məşğul olur: “Hazırda şəhər daxilində çox uğurlu çəkilişlər aparılır. Onlar paytaxtımızın görməli yerlərini çəkiblər, hətta rayonlara da göndərmişik”.