Xalq Şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatının sonuncu – 13-cü cildi “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatda çapdan çıxmışdır.
Çoxcildliyin tərtibçisi və redaktoru Musa Nəbioğlu bildirmişdir ki, I-XI cildlərdə Zəlimxan Yaqubun bədii əsərləri, yəni, ilk 7 cilddə şairin müxtəlif mövzularda şeirləri, VII-XI cildlərdə isə 40 poeması dərc edilmişdir.
Sonuncu XII-XIII cildlərdə isə görkəmli şairin ictimai-siyasi və dövlət xadimlərinə müraciətləri, məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları və müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, ədəbiyyat və sənət adamlarına açıq məktubları, onlar haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı “Ön söz” və rəylər, ozan-aşıq sənəti ilə bağlı fikirləri və ictimai-siyasi həyatımızın digər sahələrinə həsr olunmuş aktual yazıları toplanmışdır.
AzərTAc