Bu yaxınlarda UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş Fuci dağının yerləşdiyi Yamanasi və Şizuoka prefekturalarının hakimiyyət orqanları dağın zirvəsinə qalxmaq istəyənlərdən ödəniş tələb olunması barədə qərar qəbul etmişlər.
Bir nəfər üçün təqribən 10 dollara bərabər olacaq ödəniş ziyarətçilərdən iyulun 25-dən avqustun 3-dək sınaq məqsədi ilə könüllü alınacaqdır.
Turistlərin sayının sürətlə artdığı bu iki prefekturada Fuci dağını ziyarətə görə ödənişin alınmasına gələn ilin iyulunda başlamağı planlaşdırırlar. Yığılacaq məbləğin dağın təbiətinin mühafizəsinə və alpinistlərin təhlükəsizliyinin təmin olunmasına sərf ediləcəyi bildirilir.
Azərtac