Tərkibi:
300q yaşıl lobya
0,5 baş soğan
40q feta pendiri
0,5 limon
20q keşyu
30 ml zeytun yağı
cəfəri
duz
Hazırlanması:
Lobyanı suda bişirin. Soğanı nazik doğrayıb üzərinə qaynar su tökün. 1 dəq sonra suyu süzün.
Pendiri kub-kub doğrayın.
Limonun yarısının içini çıxarın şirəsini sıxın.
Keşyunu bıçaqla xırdalayın.
Lobyanı soyudun salat qabına yığın, soğanı əlavə edin.
Zeytun yağını limon şirəsi ilə qarışdırıb lobyanın üzərinə əlavə edin.
Doğranmış keşyunu, cəfəri, limon şirəsini əlavə edin.
Pendiri əlavə edin.
Qarışdırıb duz vurun.
Nuş olsun!
qadinlar.biz