Yayın nəfəskəsən istisində qar yağdı
26.7.2013

Braziliyanın cənubuna qar yağıb. 3 nəfər donvurmanın qurbanı olub.

Yerli mətbuat yazır ki, əyləncə regionu üçün bu dərəcədə nadir hadisəyə Antarktidadan gələn soyuq hava kütləsi səbəb olub. Braziliya ilə yanaşı, Paraqvay, Uruqvay, Argentina və Çiliyə də qar yağıb. Braziliyanın cənubunda, xüsusilə də Kuritiba və Florionopolis şəhərlərində temperatur mənfi 7,4 dərəcəyə düşüb. Halbuki bir neçə onilliklərdir bu ərazilərə qar yağmır.

San-Pauluda 2000-ci ildən bu yana ən aşağı temperatur - 5,2 dərəcə qeydə alınıb. Sosial şəbəkələrdə Braziliyanın cənubunda yerləşən 130 şəhərdən qar adamlarının şəkilləri yayılıb.

Gün.Az