Dünya şöhrətli rumıniyalı müğənni İnna Bakıya gəlir.
Bu haqda konserti təşkil edən “KKM Production”ın rəhbəri Fərid Məmmədov verib.
Onun sözlərinə görə, müğənni avqustun sonlarında Bakıya gələcək:
“Artıq İnna ilə müqavilə bağlamışıq, yəni ondan razılıq alınıb. Amma konsertin harada keçiriləcəyini hələ açıqlamaq istəmirik. Yaxın zamanlarda bu haqda mətbuata məlumat veriləcək”.
Qeyd edək ki, İnna adı ilə populyar olan Yelena Alexandra 1986-cı ildə Rumıniyanın Mangaliya şəhərində doğulub.
Gənc yaşlarından Polşa, Rusiya, Rumıniya, Bolqarıstan və Macarıstanda məşhurlaşan ifaçı “Hot” mahnısı ilə səs-küy yaradıb. Daha sonra onun “Mazel/Jiddische Lieder” və “Dream Of Endless Night” albomlarından “Fever”, “On & On”, “Love”, “AlexBuldozer” və digər hitləri populyarlıq qazanıb.
Video
gun.az