Məşhur "Tomorrowland" di-cey festivalı başlayır - FOTOSESSİYA
26.7.2013

Dünyaca məşhur olan "Tomorrowland" festivalı bu gecə start götürəcək.

"Tomorrowland" festivalı dünyada ən məşhur və ən çox kütlə yığan elekto-rəqs üzrə festivaldır. Festivalın təşkilatçısı İD&T adlı şirkətdir.

"Tomorrowland" Belçikanın Brüssel şəhərində təşkil olunur. İlk dəfə bu festival 14 avqust 2005-ci ildə keçirilib və yalnız bir gün davam edib, oraya gələn insanların sayı isə 10000-ni keçmişdi.

Bu tədbirin uğurunu görən təşkilatçılar 2007-ci ildə festivalın keçirilmə gününü 2 günədək artımaq qərarına gəliblər.

Hər il festival nəinki Belçikada, hətta bütün Avropada məşhurlaşmağa doğru gedir. 2008-ci ildən sonra əyləncə üçün buraya gələn turistlərin sayı ikiqat artıb, nəticədə festivalı bir gün daha uzadıblar.

Həmin vaxtdan hər il Belçikada üç gün ərzində keçirilən festivalda Skrillex, Avicii, David Guetta, Hardwell, Swedish House Mafia, Afrojack, Steve Aoki, Carl Cox, Paul van Dyk, Martin Solveig, Fatboy Slim kimi məşhur di-ceylər çıxış edirlər.

Proqnozlara görə, bu il festivala gələn turistlərin sayı 200000-ni keçəcək.

Milli.Az