Massaçusets ştatının sakini Uilyam Conson lotereyada 1 milyon dollar udmuşdur.
İndi göl ev sahilində almaq niyyətində olan bəxtəvərin bu uğuru... adi peçenyenin içərisində yazılmış xeyir xəbərlə bağlıdır.
U.Conson demişdir: “Keçən həftə arvadımla bərabər restorana getmişdim. Orada desert kimi, ənənəvi “tale peçenyesi” almışdıq. Bu peçenyelərin içərisində səni gözləyən yeniliklər haqqında sözlər yazılmış balaca kağızlar olur. Mən öz peçenyemi sındıranda gördüm ki, onun içərisindəki kağızda bu sözlər yazılmışdır: tezliklə varlanacaqsınız”.
Ertəsi gün U.Conson ilk növbədə bir lotereya bileti almış və elə həmin anda milyon dollar udmuşdur.
Vergilər tutulandan sonra ona 650 min dollar qalmışdır.
Xoşbəxt amerikalı yerli KİV-lərə müsahibəsində demişdir: “İndi mən möcüzəyə inanıram. Yəqin ki, bundan sonra möcüzəli peçenyeni daha tez-tez alacağam”.
AzərTac