Məşhur musiqiçi və yazıçı səhnədə vəfat etdi
29.7.2013

Britaniyalı musiqiçi, yazıçı və jurnalist Mik Farrel konsert zamanı ürək tutmasından ölüb.

Deviants musiqi qrupunun yaradıcısı Mik Farrel 69 yaşında ürək tutmasından elə səhnədəcə vəfat edib.

Farrel Deivants qrupunun yeni üzvləri ilə İngiltərənin Borderline klubunda konsert verirmiş. Konsert zamanı o özünü pis hiss edərək səhnədə yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri isə onun öldüyünü deyiblər. Mik Farrel Deviants anarxist qrupunun lideri və yaradıcısı olub. 1967-ci ildə yaranan qrup üç plastik albom buraxandan sonra dağılıb. Farrel isə solo yaradıcılıqla məşğul olub. Farrel elmi fantastika janrında 26 kitabın müəllifidir.

publika.az