Fransanın Lyon şəhərində paralimpiyaçılar arasında atletika üzrə dünya çempionatı davam edir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yığmamızın üzvü Vladimir Zayets üç təkanla tullanma yarışlarında 15.3 metr nəticə göstərərək dünya çempionatının rekordunu yeniləyib və qızıl medal qazanıb.
Özbəkistanlı Doniyo Saliyev gümüş, belaruslu Siarxey Burdukov isə bürünc medal qazanıblar.
publika.az