Maharacanın qızı 4 milyard qazandı
29.7.2013

Hindistanda maharacanın qızı 21 il davam edən məhkəmə prosesindən sonra 4 milyard dolların sahibi olub.

Çandiqarx şəhər məhkəməsi müəyyən edib ki, Faridkot rayonunun maharacası Harrinder Sinqha Braranın vəsiyyətnaməsi saxtalaşdırılıb.

Zənginin işçiləri və xidmətçiləri tərəfindən müəyyənləşdirilmiş vəsiyyətnaməyə görə bütün pul xeyriyyə fonduna köçürülüb. Lakin müəyyən edilib ki, vəsiyyətnamə saxtalaşdırılıb. Artıq bütün varidat onun qızına keçəcək.

publika.az