Gözəl qoxular qadınların ağrısını azaldır
29.7.2013

Gözəl qoxular qadınların ağrılarını yüngülləşdirir.

Yıldırım Beyazit Universitetinin Tibb fakültəsinin fizoloqu və professor Sinan Canan, qoxunun insan vücudunda böyük rol oynadığını qeyd edir. İnsanlar tez-tez qoxu ilə bağlı duyğusal anlar yaşayır. Qoxu keçmişdə qalmış və faydası olamyan bir şey kimi qiymətləndirilsə də, hər gün yeni faktlar bəlli olur. Qoxu qarşısındakının duyğularını anlaya bilənə qədər bizə bir çox sahədə məlumat verir. Geyimlərimiz kimi, istifadə etdiyimiz ətir də insanlarda təəssürrat oyadaraq müəyyən fikir yaradır.

Qoxu həqiqətən də davranışlarımızı və duyğularımızı təsir göstərmə qabiliyyətinə sahib olan məvhumdur. Məsələn, dadlı yemək qoxusu, ac olma dərəcəsinə görə bir anda bütün mənliyimizi idarə edən zehni reaksiyaya səbəb olur. Həmçinin də genetik olaraq sizə uyğun olan həyat yoldaşı namizədinin də yaydığı qoxu siqnallardan dolayı, fərqli duyğulara sahib ola bilərsiniz.

Qadınların qoxu qavrayışı daha həssasdır. Qadın və kişilərin qoxularla bağlı qavrayışları tamam fərqlidir. Araşdırmalar gözəl qoxuların xüsusən də qadınlarda ağrıların azalmasına kömək etdiyini göstərir. Qadınların burnu gözəl qoxular qəbul etdiyi zaman özlərini daha yaxşı edir. Pis qoxulara məruz qaldığı zaman isə əhvallarının pozulduğu və əsəb keçirdikləri məlum olub.

Məsələn, kanadalı araşdırma qrupu 20 qadın və 20 kişi arasında təcrübə keçib. Onlardan əllərini isti və soyuq suya soxmaları xahiş olunub. Bu zaman kişilərə qoxu qoxladılır. Gözəl qoxular qadınların əllərində yanmanı daha az hiss etməsinə səbəb olur. Sirkə kimi tünd və turş qoxular isə ağrını daha çox hiss etməsinə səbəb olub. Kişilərdə isə belə reaksiya olmayıb. Yəni, qoxu kişilər üçün o qədər də əhəmiyyət kəsb etmədiyi halda, qadınların sağlamlığı üçün faydılı hesab olunur.

Publika.Az