Sabah Azərbaycan ərazisində yağışlı hava şəraiti proqnozlaşdırılır
29.7.2013

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 30-na gözlənilən hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, iyulun 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gecə arabir güclənəcək.

Abşeron yarımadasında gecə 19-23 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

İyulun 30-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacaq.

Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü eyni zamanda, gözlənilən oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

APA