Günün qoroskopu
30.7.2013

Qoç - Aktivliyi maddi rifah səviyyəinizin yüksəlişinə yönəldin. Problemlərin heç olmasa, bəzilərini əvvəlcədən ehtimal edərək onların aradan qaldırılması üçün əlinizdən gələni edin.
Bu gün qohumlarla bağlı əmlak, maliyyə yardımları, vərəsəlik və zəif mövqeləri olan insanların taleyində iştirak məsələsini həll etmək olar.
Maliyyə məsələlərinin çözülməsində ehtiyatlı davranın.
Başqalarının maraqlarına zərər vura biləcək addım atmayın. İntriqalara və birmənalı olmayan proseslərə qatılmayın.
Axşam saatlarında münasibətlərdə diqqətli olun.

Buğa - Yaşanan hadisələri, alınan xəbərləri təhlil edin. Sakit olun, səbrli davranın. Bədbinliyə qapılıb depressiv fikirlər məngənəsində sıxılmayın. Stabillik və təminatlı fəaliyyətə ehtiyac yarana bilər.
Hadisələr sıxlaşır, tərəfdaş və ya şərik adi vaxtlarla müqayisədə daha çox tələblə çıxış edir.
Bütün tələblər və xahişləri təmin etmək çətindir.
Şəxsi işlərinizlə məşğul olmağı unutmayın.
Uğurlu təkliflərlə yanaşı, mənasız variantlar da səslənəcək. Münasibətlərin zərərli mərhələyə yuvarlanmasına imkan verməyin.
Problemlərin həll yolunu tapın. Gərginlik yaranarsa, güzəştə gedin. Atacağınız addımı müəyyənləşdirməyibsinizsə, ciddi düşünün.

Əkizlər - İş qrafikinizi sıxlaşdırın. Bir mövzu çərçivəsində qalmayın, hadisələrin ritminə riayət edin. Olayların axarı qəflətən dəyişə bilər.
Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın. İşinizi elə planlaşdırın ki, gərəkli insanların yanında olasınız, yeni informasiya alasınız. Sizi maraqlandıran mövzuları müzakirə edin.
Qarşılıqlı münasibətlərdə yeni yönlər aşkarlanır. Psixoloji çətinlik olan müstəvidə həssas davranın.
Çətinliklərin həllində seçəcəyiniz metod sizin üçün əlahiddə maraq kəsb edən təmaslara da təsir edəcək.

Xərçəng - Hadisələr və informasiya ilə zəngin gündür. Tənbəllik etməyin, mümkün qədər çox iş görməyə çalışın.
Hadisələr emosional maraqlarınızın olduğu mövzularda xüsusi təmayüllər formalaşdırır. İnformasiya ilə iş pis alınmayacaq. Maraqlı ideya yaranacaq, əməkdaşlıqla bağlı sərfəli təklif alacaqsınız.
Yaşam arealında yeniliklər edilməsi üçün yaxşı vaxtdır.
Hobbi və ya maraqlarınızın təminatı üçün avadanlıq, alət, qurğu ala bilərsiniz.
Axşam saatları görüş, istirahət zamanıdır.

Şir - Yeni işə və ya layihəyə başlamaq üçün uğurlu vaxtdır. Olmayan yerdə problem aramayın, amma mövcud çətinlikləri də qulaqardına vurmayın.
İşinizin maliyyə yönünü ciddi təhlil edin, mənfəəti kiməsə güzəştə getməyin. Spontan tədbirlər, düşünülməmiş qərarlar zərərlidir.
Gərəkli insanla qeyri-rəsmi formada ünsiyyət işgüzar perspektivlərinizi artıra bilər.
Yaşam sizdən yarımçıq işlərin başa çatdırılmasını tələb edir. Həmin problemlərin yeni həll yolları var.
Ev və ailə ilə bağlı xərclər arta bilər.
Axşam saatlarında qəfil romantik təmas istisna deyil. Ümidlərinizin doğrulduğunu hiss edəcəksiniz.

Qız - Aktiv olun, cəhd və səylərinizi intensivləşdirin. İşləri uğurla davam etdirmək üçün zəhmət çəkməlisiniz. İşlə şəxsi həyatda xoş detallar çox olacaq.
İnformasiya və ünsiyyətdə həssas olun, maraqlarınızın ön planda durmasını təmin edin.
Ev işləri ilə məşğul olmaq, maraqlı yerlərə baş çəkmək, gərəkli əşyalar almaq, materiallar əldə etmək üçün yaxşı vaxtdır.
Problemin həllini kimsəyə həvalə etməyin.
Səfər, ezamiyyət, internetdə zəruri məlumat arayışında xeyir var.
Real və virtual ünsiyyətdən konkret mənfəət əldə etməyə çalışın.

Tərəzi - Hisslərlə emosiyalarınızı qaydaya salmaq üçün əlverişli zamandır. Sakitləşin, sevdiyiniz insanların qayğısına qalın. Yaxınlarınızdan birinin köməyə və təcili yardıma ehtiyacı olduğunu anlayın.
İşlərin öhdəsindən asanlıqla olmasa da, çətinlik çəkmədən gələcəksiniz. Ənənəvi formada fəaliyyət göstərməmək fikrinə düşdüyünüz istiqamətdə uğur qazanacaqsınız.
Gözlədiyiniz effektə nail olmaq üçün səxavətli davranın, simic olmayın.
Mühüm dəyişikliklərə təkan verə biləcək güclü impulslar diqqətinizdən yayınmasın.

Əqrəb - Aktiv olun, münasibətlərdə yaranan yeni maraqlar və dəyişikliklər fikir verin. Hansısa insan və ya hadisə ilə bağlı təsəvvürlərinizdə köklü dəyişiklik ola bilər.
Praqmatik olun, soyuqqanlı davranın. Təmkinlə səbr real nəticələr verəcək.
İstənilən situasiyada intuisiya sizə yardım edəcək.
Yeni əlaqələr yaratmaq, romantik münasibətləri inkişaf etdirmək üçün əlverişli zamandır. Qısqanclıq məntiqi üstələməsin.
Əks təqdirdə gerçəkdən də mühüm işlər və sualların həllindən yayına bilərsiniz.
Gərəksiz hisslərlə əlaqələrdən qurtulun. Təmasları "təmizləyin".

Oxatan - Yaxın gələcəkdə başlayacaq dəyişikliklər, danışıqlar prosesi və faydalı əlaqələrin izharı ilə bağlı hazırlığa başlayın. Mövcud imkanlardan maksimum fayda əldə etməyə çalışın. Hansı mövzunun intuitiv inkişaf edə biləcəyini hiss edin.
Əmr və göstərişlərin sayını azaldın. Sizinlə həmfikir insanları, şansları artıra biləcək ünsürləri arayın.
İşgüzar tərəfdaş və ya şəriklə maliyyə məsələlərini müzakirə etmək olar.
Yaxın ətrafınızdakı insanlardan birinə yardım edərək ondan cavab reaksiyası ala bilərsiniz.
Sizi məqsədə yaxınlaşdıra biləcək istənilən iş üçün uğurlu gündür.
Axşam saatlarında aktiv istirahəti seçin.

Oğlaq - Xəbərlər və hadisələrin intensivliyi artır. Qrup tərkibində, kollektiv yaradıcılıq çərçivəsində işləməkdə xeyir var.
Dostlarla görüş və ya yazışma, telefon danışıqları dəyişikliklər gətirəcək. Əhvalınız və planlarınız dəyişə bilər.
Hadisələrin məcrasında istiqamətverici məqamları nəzərdən qaçırmayın. İdeyalarınız uğurlu ola bilər.
Yeni perspektiv tanışlıqlar istisna deyil.
Şəxsi münasibətlərdə intriqa elementləri peyda olur. Romantik ortamın yaranmasına fikir verin.

Dolça - Dəyərlər sisteminin sınaq dövrü olduğundan baş verənlərə emosional reaksiya verməyin. Maddi məsələlər aktual olur və onları həll edərkən diqqətli olun.
Sakit şəraitdə istirahət etmək arzusunu unudun. Hadisələr indi sürətlə davam edir. Hansısa qarşılıqlı münasibətlər və fəaliyyətə cəlb oluna bilərsiniz.
Mürəkkəb qərar qəbul etməli olacaqsınız. Bəzi hadisələrin karmik məziyyətləri olduğundan keçmişlə gələcək qovuşacaq.
Seçim sizindir. Cari işlər, gündəlik qayğılar göründüyü kimi sadə olmaya bilərlər.

Balıqlar - İşlər həddən artıq çoxdur və bu sizi yora bilər. Planlarınızda yeni işlər varsa, onları reallaşdırmağa başlayın. Yalnız özünüzə, imkanlarınıza və potensialınıza bel bağlayın.
Hissləriniz və maraqlandığınız işin, yaxud layihənin detallarına olan marağınız qüvvəni düzgün bölüşdürməyə, danışıqlar aparmağa imkan verəcək.
Şəxsi münasibətlərdə qəfil dəyişikliklər və yeniliklər vaxtıdır.
Baş verənlər pozitiv məcrada olsa da, uzaqlaşmalar ola bilər.
Münasibətlərdəki fərqi dərhal anlamayacaqsınız.
Ünsiyyət xoş və faydalı olacaq.

Milli.Az