"Merry Christmas & Happy New Year" rok-konserti
22.12.2011

Sizləri 24 dekabr "Phoenix" pabında keçiriləcək Merry Christmas & Happy New Year musiqili axşamına dəvət edirik. Sizi Mikayıl Mikah Rəfiyevin solo çıxışı gözləyir. O, Mind Mirror layihəsindən kompozisiya, Midnight repertuarından mahnı, bir neçə kaver ifa edəcək, həmçinin bir neçə yeni müəllif kompozisiyaları ilə publikanı sevindirəcək. Bir sözlə gecə son dərəcə maraqlı keçəcək. Mikaya çıxışda yaxın dostları - musiqiçi Yevgeniy Manuxin, Hafiz Baxışov, Emin Velimetov, Natalya Qonçarova, bundan başqa Nailə İsmatulina kömək edəcək.