Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkətinin xidmətlərindən istifadə edənlərə Yenilik
30.7.2013

Hesab.az portalında “Bakcell həftələri” kampaniyası keçirilir.

Artıq ölkənin ən iri onlayn ödəmələr portalı olan “Hesab.az”-da əlavə bonus qazana bilərlər.

Altı “Bakcell həftəsi”ndən ibarət olan kampaniyanın artıq “4 –cü həftəsinə” start verildi. “4-cü Bakcell həftəsi” iyul ayının 30-dan avqust ayının 5-ə kimi davam edəcəkdir.

Hesab.az portalı bu müddət ərzində qeydiyyatdan keçən istifadəçilərinə “Bakcell” xidmətləri üzrə aparılan

10 AZN-dək əməliyyatlara görə ikiqat bonus (hər 1 manat 200 bonus),

10 AZN-dən - 20 AZN-dək əməliyyatlara görə – üçqat (hər 1 manat 300 bonus),

20 AZN-dən çox əməliyyatlara görə dördqat bonus (hər 1 manat 400 bonus)

qazandıracaq.

Yığılmış xallar hesabına Bakcell abunəçiləri Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edirlər. Bu məqsədlə portaldakı bonus hərraclarına Bakcell tərəfindən yüzlərlə Bakcell və Mançester Yunayted hədiyyələri çıxarılmışdır..

Hərraclarda iştirak etmək üçün Hesab.az portalında qeydiyyatdan keçmək və 20 min bonus xalı toplamaq kifayətdir. “Bakcell həftələri” kampaniyasında iştirak etmək üçün https://www.hesab.az səhifəsinə daxil olun.

* “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan Hesab.az portalı mobil operatorlarla bərabər, əksər İnternet-provayderlər, bütün kabel televiziya şəbəkələr və kommunal şirkətlərinin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir. Bu zaman qeydiyyatdan keçən 67 min istifadəçi şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və hər ödəmə zamanı bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər. Portalın xidmətləri pulsuzdur, tərəfdaşı olan 45 şirkət üzrə hesabları isə mobil telefonlar vasitəsi ilə də - m.hesab.az resursundan ödəmək olar.
Əməliyyatların təhlükəsizliyi beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən “VeriSign SSL” və “GeoTrust SSL”-şifrələnmə əsasında təmin edilir.

gun.az