Bakıda yeni istifadəyə verilən 4500 tutumlu avtomobil dayanacağının qiymətləri məlumdur.
“Qış bulvarı”nın altında tikilən 3 mərtəbəli 4500 tutumlu avtomobil dayanacağının hər mərtəbəsinə 1500 avtomobil saxlamaq mümkündür.
Hazırda avtomobillər üçün əsas giriş “Beşmərtəbə dairəsi” yaxınlığında, Füzuli küçəsindəndir.
İlkin olaraq 12 saata görə 2 manat elan olunmuşdusa, hal-hazırda yeni qiymətlər tətbiq olunub.
Məlum oldu ki, əgər avtomobilini 1 saata qədər burada saxlamaq istəyirsənsə onda 50 qəpik ödəməlisən. 4 saata qədər əlavə dayandığın hər saata görə qiymət 50 qəpik olaraq qalır.
Lakin 4 saatdan 8 saata qədər maşın orada dayanırsa onda 3 manat ödəməli olursan.
Bundan başqa 8-12 saat aralığında 4 manat, 12-16 saat aralığında 5 manat, 16-24 saat aralığında isə ödəniş 6 manatdır.
Əgər sürücü aylıq kart alsa bunun qiyməti 100 manat edir. Bu kartı əldə edənlər istərsə gündə bir neçə dəfə dayanacağa girər, istərsə də 3, 5, 10, 30 gün maşınını burada saxlaya bilər.
Məlumat üçün bildirək ki, yeni dayanacaq istifadəyə verildikdən sonra yol polisləri bu dayanacağa yaxın bütün küçə və yol kənarlarında saxlanılan avtomobilləri yığışdırmağa başlayıblar.
Qeyd edək ki, bundan əvvəl küçədə, yol kənarında avtomobil saxlamaq 1 manata idi.
Gün.Az