Türkiyənin ən böyük şəhəri olan İstanbulun rəmzi sayılan Qız Qalası satışa çıxarılıb. 11 il əvvəl 2500 il yaşı olan Qız Qalasını 49 illiyə icarəyə götürən holdinq indi Qalanın qalan 38 illik istifadə hüququnu satışa çıxarıb. Bir müddət alıcılarla görüşən “Hamoğlu Holdinq”in sədri Ahmet Hamoğlunun sözlərinə görə, Qala ilə maraqlananların çoxu xarici investorlardır. İddialara görə o, Qala üçün 22 milyon avro istəyir. İlk ciddi təklif isə Fars körfəzi ölkələrinin birindən gəlib. Lakin ərəb şirkəti Qız Qalasını şirkətin mərkəzi ofisi etmək istədiyi üçün görüşmələr sona çatdırılıb. Çünki Qaladan xalqın istifadəsini məhdudlaşdıran layihələrdə istifadə edilməsinə icazə verilmir.
Qala ilə hətta ABŞ-ın şirkəti də maraqlanıb. Yaxın vaxtlarda şirkətin təmsilçiləri danışıqlar aparmaq üçün İstanbula gələcəklər.