Bu il noyabrın 18-21-də Taylandın Banqkok şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “ITU Telecom World 2013” sərgisi keçiriləcək.
Artıq Azərbaycan tərəfi də, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sərgidə iştirakla bağlı hazırlıq işlərinə başlayıb.
Sərgi ərazisində 156 kv. metrlik ərazi kirayələnib, dizayn işlərinə başlanılıb.
Sərgidə Azərbaycandan 50-yə yaxın şirkətin iştirakı planlaşdırılır. Hazırda şirkətlərdən müvafiq məlumatlar toplanılır. Sentyabra qədər yekunlaşaraq, toplanan məlumatlar və görülən hazırlıq işləri əsasında yekun məruzə hazırlanacaq.
gun.az