ABŞ sakini məzuniyyətdə olarkən indiyə qədər sadəcə bir dəfə görülmüş nadir osminoqu tutaraq yeyib.
49 yaşlı mühəndis mexanik Labros Qidra dənizdən qeyri-adi, nadir məxluq çıxarıb. Qidra və oğlu yerli ənənələrə uyğun olaraq osminoqu daşla öldürərək sonra yaxın restorana aparıblar ki, aşpaza bişirtsinlər.
Lakin aşpaz bu dəniz canlısının nadir olduğunu deyərək onu bişirməkdən imtina edib və deyib ki nahaq canlını öldürüblər. Labros Qidra isə özü onu bişirərək yeyib. Xatırladaq ki, bu osminoq növü ilk dəfə beş il qabaq tapılıb. Osminoq Blekpulda yerləşən dəniz canlıları muzeyinə aparılıb. Labros isə onu yediyinə peşman olduğunu deyib.
“Onun dadı adi osminoq dadı verirdi. Özümü pis hiss edirəm. Biz onu tutanda ağlımıza da gəlmirdi ki, o qeyri-adidir”.
Labros deyir ki, o və uşaqları ildə bir dəfə Yunanıstana gedirlər və hər dəfə də osminoq tutaraq yeyirlər:
“Mən osminoq barədə öyrənmək istədim, lakin internet yox idi. Bioloq dostuma zəng etdim. Onun dediklərini eşidəndə isə şoka düşdüm”.
İndi Labros əlindən gələni edir ki, altı pəncəli osminoq barədə öyrənməyə alimlərə kömək etsin. Bioloqlar isə hesab edirlər ki, altı pəncəli osminoq yeni növ deyil, sadəcə anomaliya qurbanıdır.
publika.az